İngiltərə və ABŞ Rusiya və Çini aralarında bölüşdürüblər? – “Beynəlxalq düzən” təhdidi
Tarix: 4-05-2021, 09:29 | Çap et
Böyük Britaniyanın Xarici İşlər Naziri Dominik Raab və ABŞ Dövlət Katibi Antony Blinken bu gün Londonda keçiriləcək G7 Xarici İşlər nazirləri toplantısından qabaq görüşüblər. Ovqat.com Böyük Britaniya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazirlər görüş zamanı "Rusiyanın sistematik olaraq sabitliyi pozan hərəkətləri"ni və “Çinin Sincan Uyğur Muxtar Bölgəsi və Hong Kongdakı fəaliyyətlərini müzakirə ediblər. Toplantıda həmçinin Əfqanıstan, İran və Efiopiyadakı son durum barədə də fikir mübadiləsi aparılıb. Görüşdən sonra keçirilən mətbuat konfransında London və Vaşinqtonun bir sıra məsələlərdə "çiyin-çiyinə" olduqları mesajı verilib. Blinken, ABŞ-ın İngiltərədən "daha yaxın müttəfiqi və ortağının olmadığını" diqqətə çatdırıb.
Jurnalistlərin suallarına cavab verən Böyük Britaniyanın Xarici İşlər naziri D.Raab isə Rusiyanın qeyri-rəsmi də olsa G7 görüşlərinə qatılmaması ilə bağlı hər hansı bir düşüncələrini bildirərkən deyib ki, bu məsələdə hər şey Moskvadan asılıdır. Londonun yaxşı diplomatik münasibətlərə qapısının "həmişə açıq" tutduğunu vurğulayan Raab bunun ancaq Rusiyanın davranışlarını dəyişməsi halında mümkünlüyünü bildirib. "Dəyişdirilməsi lazım olan davranış Rusiyanın beynəlxalq hüququn əsas normalarına zidd olan və BMT Təhlükəsizlik Şurasının daimi üzvünə yaraşmayan hərəkətləridir”,-deyən nazir qeyd edib ki, bu hərəkətlər təkcə kiber hücumları, dezinformasiya siyasətləri, müxalif lideri Aleksey Navalnının insan haqları pozulması ilə də məhdudlaşmır. Rusiya həm də öz torpaqlarında bəyənmədiyi şəxsləri kimyəvi hücumla zəhərləmələrə və regionda yürütdüyü "qorxu siyasəti və güc nümayişi"nə son qoymalıdır. "Rusiya ilə daha yaxşı bir əlaqə qurmaq fürsətimiz hələ də var və bunu alqışlayırıq. Ancaq hər şey Rusiyanın davranış və hərəkətlərdən asılıdır", - Dominik Raab belə deyib. Eyni dəyərləri bölüşən və çoxtərəfli sistemi qorumaq istəyən ölkələr topluluğuna tələbat və ehtiyacın artdığını vurğulayan Raab Avstraliya, Cənubi Koreya, Hindistan və Cənubi Afrikanın Xarici İşlər nazirlərinin də G7 sammitinə dəvət edilməsini bunun əlaməti sayır və Londonda keçirilən sammitin eyni dəyərləri paylaşan ölkələr modelinə keçidin nümayişi kimi qiymətləndirir. Qeyd edək ki, G-7 sammitlərinə ev sahibliyi edən ölkələrin bəzi dövlətləri də toplantılara çağırmaq haqqı var və Böyük Britaniyalı nazirin sözlərindən belə anlaşır ki, London adlarını sadladığı dövlətlərə üstünlük verib. ABŞ dövlət katibi Blinken də ABŞ-ın Rusiya ilə daha sabit münasibət qurmaq istədiyini, bunun Kremlin hərəkətlərindən asılı olduğunu təsdiqləyib. "Prezident Bayden bu barədə fikirlərini çoxdan açıq-aşkar ortaya qoyub. Əgər Rusiya ehtiyatsız və ya aqressiv olmağı seçərsə, cavab verəcəyik. Amma biz vəziyyəti gərginləşdirməyə çalışmırıq, daha sabit, daha proqnozlaşdırıla bilən bir münasibətə üstünlük veririk. Rusiya necə hərəkət edərsə, biz də ona qarşı adekvat davranacağıq”, - Blinken belə deyib. Böyük Britaniyalı həmkarı Raabdan fərqli olaraq Blinkenin üzərində əsas dayandığı məsələ isə “Çin təhdidi” olub. Blinken Qərbin Pekini "məhdudlaşdırmağa" və ya "boğmağa" çalışmadığını söyləyib. Həyata keçirməyə çalışdıqları siyasətin ancaq beynəlxalq qaydalara əsaslanan sistemi qorumaq olduğunu bildirən Blinken vurğulayıb ki, Çin mövcud dünya düzəninə meydan oxuduğu üçün Vaşinqtonun təpkiləri ilə qarşılaşır: "Hər hansı bir ölkə, Çin və ya başqa birisi mövcud qaydalara əsaslanan nizama meydan oxuyarsa, yaxud onu pozan hərəkətlər edər və aşındırmağa çalışarsa, öhdəliklərini yerinə yetirməzsə, biz ayağa qalxar, illərlə oturuşmuş dünya düzənini müdafiə edərik". London sammitinə gəlməmişdən əvvəl ABŞ-da bir televiziya proqramına müsahibə verən Blinken Çini ən ciddi düşmən kimi xarakterizə edərək demişdi: "Çin ABŞ-ın dünyada qorumağa qərarlı olduğu qaydalara əsaslanan düzəni pozmaq və ya meydan oxumaq üçün hərbi, iqtisadi və diplomatik potensiala sahib yeganə ölkədir. Məqsədimiz Çini dayandırmaq və ya yıxmaq deyil, meydan oxuduğu mövcud dünya düzənini qorumaqdır". Dövlət katibi 31 Mart tarixində ABŞ administarsiyası üçün hazırlanan “2020-ci il İnsan Hüquqları Hesabatı”nın təqdimatında isə Pekinin Sincanda Uyğur Türklərinə qarşı həyata keçirdiyi insan haqları pozuntularını "soyqırım" kimi qiymətləndirmişdi. Ümumiyyətlə, ABŞ və Böyük Britaniya yetkililərinin çıxışlarına diqqət yetirdikdə, Rusiya ilə Çinə qarşı mübarizəni öz aralarında bölüşdürdükləri sezilir. Sanki Londonun öhdəsinə Rusiyanı, ABŞ-ın öhdəsinə isə Çini çökdürmək vəzifəsi düşüb. Təsadüfi deyil ki, Böyük Britaniyanın bir müddət əvvəl açıqlanan "Qlobal Britaniya: Rəqabət Çağında" başlıqlı hərbi doktrinasında Rusiya “ən böyük düşmən (təhdid)” elan olunmuş və önümüzdəki 10 ildə onun regional təsir gücünün azaldılması üçün heç nəyin əsirgənməyəcəyi vurğulanmışdı. Çin isə həmin doktrinada daha çox intellektual mülkiyyəti oğurlayan və iqtisadi təhlükəsizliyi təhdid etməyə çalışan bir rəqib kimi dəyərləndirilmişdi. ABŞ-ın Dövlət Departamenti isə Çini dünya düzənini hərbi, iqtisadi cəhətdən pozmağa qadir yeganə güc olaraq görür və bu xüsus Blinkenin açıqlamalarında aydın şəkildə nəzərə çarpır. Heydər Oğuz, Ovqat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü... - maləsəf... BU FAKTDIR...
Bu gün, 09:32 |
|
|
|
• Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ? - “Binokl şousu”nun növbəti QONAĞI
Bu gün, 09:27 |
|
|
|
• Fransa artıq bütün körpüləri yandırıb... - BU, FAKTDIR...
Bu gün, 09:17 |
|
|
|
• Məhkəmə Ukraynada qətl törədən Azərbaycan çempionu ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:09 |
|
|
|
• Zəngəzur dəhlizi... NƏDƏN VACİBDİR... - ŞƏRH
Bu gün, 09:00 |
|
|
|
• “Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir? - AKTUAL
Bu gün, 08:52 |
|
|
|
• Sərdar Əsədova ağır itki üz verib
Bu gün, 08:49 |
|
|
|
• Məktəblərin qapısına ASILACAQ QIFIL... - AXI NİYƏ?..
Bu gün, 08:44 |
|
|
|
• Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI
Bu gün, 08:37 |
|
|
|
• Heç bir sosial platformada təmsil olunmayan iki partiya... - ARAŞDIRMA
Bu gün, 08:33 |
|
|
|
• “Kredit Servis BOKT”-nin rəhbərliyində DƏYİŞİKLİK - BUNDAN SONRA...
Bu gün, 08:32 |
|
|
|
• “Anadolu Event” ölkədən külli miqdarda PUL ÇIXARIB - BAŞI CƏNCƏLDƏ...
Bu gün, 08:28 |
|
|
|
• Bakıda möhtəkirliyin 1001 `KOLORİT`i... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:20 |
|
|
|
• Nəcəflinin xalqla GİZLİ GÖRÜŞLƏRİ... DAVAM EDİR!
Bu gün, 08:03 |
|
|
|
• KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir - FAKT BUDUR!
Bu gün, 07:17 |
|
|
|
• Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? - GƏLİŞMƏ
Bu gün, 07:15 |
|
|
|
• DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR
Bu gün, 06:32 |
|
|
|
• Bakıdan Makrona göndəriləsi “hədiyyə” - FOTO
Bu gün, 06:23 |
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
|