Performans qiymətləndirmə nəticələri NƏDƏN gizli saxlanılır? .....                     AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü... .....                     Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ? .....                     Fransa artıq bütün körpüləri yandırıb... .....                     Məhkəmə Ukraynada qətl törədən Azərbaycan çempionu ilə bağlı qərar çıxardı .....                     Zəngəzur dəhlizi... NƏDƏN VACİBDİR... .....                     “Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir? .....                     Sərdar Əsədova ağır itki üz verib .....                     Məktəblərin qapısına ASILACAQ QIFIL... .....                     Tarix İnstitutunda daha bir QALMAQAL .....                     Heç bir sosial platformada təmsil olunmayan iki partiya... .....                     “Kredit Servis BOKT”-nin rəhbərliyində DƏYİŞİKLİK .....                     “Anadolu Event” ölkədən külli miqdarda PUL ÇIXARIB .....                     Bakıda möhtəkirliyin 1001 `KOLORİT`i... .....                     Nəcəflinin xalqla GİZLİ GÖRÜŞLƏRİ... .....                     KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir .....                     Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? .....                     DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi .....                     Bakıdan Makrona göndəriləsi “hədiyyə” .....                     Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? .....                     Tovuzun kəndlərində məktəblər niyə boşalır? .....                     "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" .....                     Benzinin qiymətini kimə həvalə etməli? .....                     Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? .....                     Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə .....                     Yeni lizinq şirkəti təsis edilib .....                     Azərbaycan Ukraynaya soğan göndərə bilər? .....                     Tiflis məhkəməsi qərar verdi: .....                     Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib .....                     Suriyada müxalif qüvvələr Hələbə daxil oldu .....                     Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib .....                     Qərbin “erməni sevgisi”: .....                     "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı .....                     Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır .....                     Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü .....                     Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər .....                     “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? .....                     Ülvi Quliyev vətəndaşları qəbul etdi .....                     “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                 

Baydenin tarixlə bağlı tarixi səhvi: - İtirən Ankara yox, Vaşinqton oldu
Tarix: 26-04-2021, 16:35 | Çap et
Baydenin tarixlə bağlı tarixi səhvi:
ABŞ Prezidenti Co Bayden 1915-ci il Osmanlıda baş verən hadisələrə qiymət verərkən bunu “soyqırımı” adlandırdı. Ermənilərin uydurmaları əsasında hadisələrə 40 ildən sonra “erməni soyqırımı” deyən ilk ABŞ lideri olan Bayden bəyanatı ilə Türkiyə-ABŞ münasibətlərinin gərginləşməsinə səbəb oldu. Ekspertlər hesab edirlər ki, Baydenin saxta soyqırım iddiasına verdiyi qiymət rəsmi Ankara üçün heç bir hüquqi məsuliyyət yaratmır. Amma bu, ölkələr arasında münasibətlərin soyuqlaşmasına səbəb olmaqla yanaşı, Vaşinqtonun Türkiyə kimi müttəfiqi itirməsi anlamını verir.

Məsələ ilə bağlı fikirlərini AYNA ilə bölüşən deputat Rasim Musabəyov deyib ki, Baydenin “soyqırımı” tanıması tarixi saxtakarlığa aldanmaq, tarixi saxtalaşdırmaqdan başqa bir şey deyil.

Onun sözlərinə görə, ümumiyyətlə, tarix tarixçilər tərəfindən araşdırılmalıdır: “Siyasətçilər siyasəti kənara qoyub tarixi hadisələrə qiymət verməli, bunu şərh etməli deyillər. Baydenin açıqlaması timsalında biz gördük ki, siyasətçilər öz peşələrini yaddan çıxarıblar, təbliğatla məşğul olmağa başlayıblar. ABŞ Prezidentinin bəyanatı məntiqsiz, cəfəng, heç bir nəticəsi olmayan açıqlamadır. Və Türkiyə üçün sözügedən bəyanat hüquqi məsuliyyət yaratmır, yarada bilməz”.

“Bundan nəinki ABŞ, heç ermənilər və Ermənistan da fayda götürməyəcək. ABŞ-da yaşayan bir qrup dələduz ermənilər bu məsələni özləri üçün “çörək ağacı”na çevirmişdi. Baydenin açıqlamasından sonra ermənilərin əlindən bu fürsət də çıxmış oldu. Eyni zamanda, Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra Türkiyə ilə normal qonşuluq münasibəti yaratması, ölkəni inkişaf etdirməsi şansı var idi. Amma ABŞ Prezidentinin məlum açıqlamasından sonra Ermənistan yəqin ki, 4-5 il də bununla məşğul olacaq ki, inkişaf fürsətini də əllərindən çıxaracaqlar. Bu baxımdan Ermənistan heç nə qazanmır”, - Musabəyov əlavə edib.

Deputat vurğulayıb ki, ABŞ Türkiyəni belə qərarla geri sala bilmədi, əksinə özünə ziyan etdi: “Sabah Əfqanıstanda, Yaxın Şərqdə Qara dənizdə və digər məsələlərdə Vaşinqtonun Ankaraya ehtiyacı yaranacaq. O zaman görün, Bayden Ərdoğana zəng edib necə dəstək istəyir”.

Azərbaycanın məsələyə baxışına gəldikdə, R.Musabəyov hesab edir ki, rəsmi Bakı bu məsələdə hər zamankı kimi Ankaranın yanındadır: “Prezident İlham Əliyev dərhal türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etdi, Türkiyənin yanında olduğunu bildirdi. Xarici İşlər Nazirliyi səviyyəsində Baydenin açıqlaması pislənildi. Bakı hər zaman olduğu kimi, bu dəfə də Ankaraya dəstəkdir. Eyni zamanda, Azərbaycan ictimaiyyətinin də bəyanata münasibəti mənfi oldu ki, bu da bir daha göstərir ki, biz əbədi dost və qardaş ölkəyik. Azərbaycan erməni terrorundan əziyyət çəkən ölkə olaraq başqa mövqe sərgiləyə bilməzdi”.

Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov AYNA-ya söyləyib ki, Co Baydenin 1915-ci il hadisələrinə “soyqırımı” deməsi müasir ABŞ tarixi üçün utancverici haldır: “Yaxşı olardı ki, Bayden adminstrasiyasındakılar dönüb öz tarixlərinə baxsınlar. ABŞ-ın tarix boyu hindulara qarşı necə soyqırımı törətməsi hər kəsə bəllidir. Yaxud da, Amerikanın digər xalqlara, əfqanlara, vyetnamlılara qarşı vəhşilikləri barədə yüzlərlə faktlar var. Tarixində belə ləkə olan bir ölkənin başçısının saxta iddialara “soyqırımı” deməsi tarixi ironiyadır”.

“ABŞ-ın əvvəlki prezidentləri bunu demək istəyirdilər, amma demirdilər. Bu məsələdən Vaşinqton hər zaman Ankaraya qarşı təzyiq kimi istifadə edirdi: “Bax, “soyqırımı” tanıyarıq”. Artıq bu təzyiq vasitəsi ABŞ-ın əlindən çıxdı, Bayden bunu dedi. ABŞ Prezidenti niyə indi dedi, əsas məsələ budur. Hesab edirəm ki, Türkiyənin son illər apardığı xarici siyasət fərqlidir. Türkiyə son illərdə Ağ Evin istədiyi kimi yox, özünün bildiyi və milli maraqlarını təmin edən xarici siyasət aparır. Əlbəttə, bu, Amerika “dərin dövlətini” qane etmirdi”, - politoloq əlavə edib.

Analitik hesab edir ki, Baydenin hadisələri “soyqırımı” adlandırması ABŞ-ın dünyadakı nüfuzuna zərbə vurur: “Vaşinqtonun beynəlxalq tarixçilərin və hüquqşünasların inkar etdiyi hadisələrə ədalətsiz qiymət verməsini sübuta yetirir. Unutmaq lazım deyil ki, indiyə qədər hüquqşünaslar və tarixçilər tərəfindən 1915 hadisələri soyqırım kimi tanınmayıb və həmin hadisələrin soyqırım adlandırılması ilə bağlı heç bir dəlil və sübutun olmaması bəyan edilib. Ən son Avropa Məhkəməsi "erməni soyqırımı"nı tarixi fakt kimi tanımayıb və ermənilərin özlərini insan haqlarını pozmağa çağırışda günahlandırıb”.

“1915 hadisələrinə siyasətçilər deyil, tarixçilərin qiymət verməli olduğu halda, Baydenin bu addımı sözsüz ki, tarixin saxtalaşdırılması və siyasi məqsədlər üçün istifadə cəhdidir. Şübhəsiz ki, Baydenin müttəfiqlik ruhuna zidd davranışı ABŞ-Türkiyə münasibətlərinin atmosferini korlayan növbəti əlavə bir çalar olacaq. Türkiyənin milli maraqları əsasında müstəqil siyasəti həzm edə bilməyən qüvvələr başa düşməlidirlər ki, onsuz da Avrasiyada və xüsusilə Yaxın Şərqdə ABŞ-ın nüfuzunun azaldığı dövrdə Türkiyəyə qarşı bu saxta iddiaya qoşulmaq regionda Vaşinqtonun milli maraqlarına zərbə ilə nəticələnəcək”, - Z.Məmmədov bildirib.

Politoloq onu da vurğulayıb ki, Baydenin ədalətsiz yanaşması təbii ki, Azərbaycanla ABŞ arasında münasibətlərə də mənfi təsir göstərəcək: “Çünki Azərbaycan Türkiyəyə qarşı atılan istənilən addımı təbii olaraq özünə qarşı atılmış addım kimi qəbul edir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Performans qiymətləndirmə nəticələri NƏDƏN gizli saxlanılır? - ETİRAZ VAR...
Bu gün, 09:45
AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü... - maləsəf... BU FAKTDIR...
Bu gün, 09:32
Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ? - “Binokl şousu”nun növbəti QONAĞI
Bu gün, 09:27
Fransa artıq bütün körpüləri yandırıb... - BU, FAKTDIR...
Bu gün, 09:17
Məhkəmə Ukraynada qətl törədən Azərbaycan çempionu ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:09
Zəngəzur dəhlizi... NƏDƏN VACİBDİR... - ŞƏRH
Bu gün, 09:00
“Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir? - AKTUAL
Bu gün, 08:52
Sərdar Əsədova ağır itki üz verib
Bu gün, 08:49
Məktəblərin qapısına ASILACAQ QIFIL... - AXI NİYƏ?..
Bu gün, 08:44
Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI
Bu gün, 08:37
Heç bir sosial platformada təmsil olunmayan iki partiya... - ARAŞDIRMA
Bu gün, 08:33
“Kredit Servis BOKT”-nin rəhbərliyində DƏYİŞİKLİK - BUNDAN SONRA...
Bu gün, 08:32
“Anadolu Event” ölkədən külli miqdarda PUL ÇIXARIB - BAŞI CƏNCƏLDƏ...
Bu gün, 08:28
Bakıda möhtəkirliyin 1001 `KOLORİT`i... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:20
Nəcəflinin xalqla GİZLİ GÖRÜŞLƏRİ... DAVAM EDİR!
Bu gün, 08:03
KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir - FAKT BUDUR!
Bu gün, 07:17
Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? - GƏLİŞMƏ
Bu gün, 07:15
DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR
Bu gün, 06:32
Bakıdan Makrona göndəriləsi “hədiyyə” - FOTO
Bu gün, 06:23
Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36
Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34
"Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30
Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28
Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25
Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05
Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02
Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27
Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38
Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03
Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58
"Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28
“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20
Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru