“Böyük fəlakət”, yoxsa “soyqırımı” – Diqqətlər Ağ Evdə
Tarix: 23-04-2021, 12:57 | Çap et
Yenə də dünya, daha doğrusu, dünya erməniləri və Türkiyənin düşmənləri, Osmanlı İmperiyasında qondarma “erməni soyqırımı”nın tanınması barədə Ağ Evdən “müjdə” eşidiləcəyi ümidi ilə donub qalıblar. Amerikalı rəsmilərə istinad edərək “The Wall Street Journal” artıq “ABŞ Prezidenti Co Baydenin 20-ci yüzilliyin əvvəllərində Osmanlı İmperiyasındakı erməni soyqırımını rəsmi olaraq tanıyacağı” barədə xəbər verdi. Qəzetin yazdığına görə, Amerika lideri 24 aprel şənbə günü belə bir açıqlama verə bilər.
Xatırladaq ki, hər il bu tarix Ermənistanda “erməni soyqırımı qurbanlarının anım günü” kimi qeyd olunur. Nəşrin mənbələrinə görə, Ağ Ev rəhbəri 1915-ci il hadisələrini "soyqırımı" adlandıracaq. Bununla birlikdə, bu mövzuda qəti bir qərarın hələ verilmədiyini bildirirlər. Qəzetin həmsöhbətlərinə görə, Bayden yalnız “soyqırımı”nın rəsmi tanınmasını ehtiva etməyəcək formal bir açıqlama verə bilər.
Qeyd edək ki, ABŞ-ın əvvəlki Prezidenti Donald Tramp Türkiyənin mövqeyini nəzərə alaraq 1915-ci il hadisələrini “soyqırımı” kimi tanımaqdan imtina etmişdi. Türkiyənin mövqeyinə görə, erməni əhalisi Birinci Dünya müharibəsi dövründə erməni əhalisnin Rusiyanın tərəfinə keçməsi səbəbindən hərbi əməliyyatlar ərazisindən ölkənin cənub-şərqinə köçürmə siyasəti zamanı məhv olması ilə bağlıdır.
Ankara uzun illərdir ki, 100 il əvvəlki hadisələri araşdırmaq üçün arxivləri açmağı təklif edir, lakin erməni tərəfi əlverişsiz vəziyyətdə olmaqdan qorxaraq, tarixçilərin xidmətlərindən imtina edir. Türk tarixçiləri 1915 hadisələrinin heç bir şəkildə etnik təmizlənmə olmadığını və qarşıdurmalar nəticəsində çox sayda türkün özünün də ermənilər tərəfindən qətlə yetirildiyini qeyd edirlər.
Türk tərəfinə görə, bir erməni üsyanı oldub və ermənilərin bütün köçürülmə əməliyyatları hərbi zərurətdən əmələ gəlib. Türkiyə öldürülən ermənilərin sayı barədə ermənilərin iddia etdiyi məlumatlarla razılaşmır və üsyanın yatırılması zamanı türk birlikləri və əhali arasında çox sayda qurbanların olduğunu vurğulayır.
Baydenin “soyqırımını” tanıması gözlənildiyinə dair fərziyyələrlə yanaşı, “Wall Street Journal” Ağ Ev sözçüsü Cen Psakinin Prezidentin planları ilə əlaqədar ilkin açıqlamalar verməyə razı olmadığını yazır. Eyni zamanda qəzet özü Baydenin 1915-ci il hadisələrini “soyqırımı” kimi ifadə etməsinin Türkiyə ilə gərginliyi daha da dərinləşdirəcəyindən qorxduğunu qeyd edir. Baxmayaraq ki, Bayden keçən ilin noyabr ayında seçki kampaniyası zamanı 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyacağına söz vermişdi.
“Wall Street Journal” Baydenin “soyqırımı” sözünü xatırlatması halında, Türkiyənin 2019-cu ildə olduğu kimi, Amerikanın yerli əhalisinin – hinduların aqibətini ABŞ-a xatırladacağını iddia edir. O zaman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Senatının Osmanlı İmperiyasındakı “erməni soyqırımı”nı tanıyan bir qərarına cavab olaraq, dövlət səviyyəsində ABŞ-da hinduların soyqırımını tanımaqla hədələmiş, Amerika senatorlarını tarixdən siyasi məqsədlər üçün istifadə etməkdə günahlandırmışdı.
Bayden “genosid” ifadəsini işlədərsə, Türkiyə amerikalılar üçün İncirlik hərbi bazasını da qapada bilər. Bundan əlavə, türkiyəli analitik, İqtisadi və Xarici Siyasət Araşdırmaları Mərkəzinin rəhbəri Sinan Ülgenin “Wall Street Journal” nəşrinə dediyi kimi, Türkiyə ABŞ-ın ixrac əməliyyatları üçün qeyri-rəsmi əngəllər yarada bilər.
Politoloq türk xalqının əksəriyyətinin bu mövzuda hökumətlə eyni fikirdə olduğunu vurğulayıb: “Türk xalqı tarixin bu səhifəsini təkcə erməni xalqının faciəsi deyil, eyni zamanda Balkanlarda etnik təmizləməyə məruz qalan türk xalqının faciəsi kimi qəbul edir”.
Xatırladaq ki, bütün Amerika prezidentlərindən yalnız Ronald Reyqan “soyqırımı” ifadəsini işlədib və Trampın prezidentliyi dövründə Ağ Evin mətbuat katibi Kaylee Makinani bir dəfə brifinqdə xarici mətbuatda səs-küyə səbəb olan “erməni soyqırımı” ifadəsini səsləndirdi. Amerika rəhbərliyi həmişə bu termini istifadə etməməyə çalışdığından, bir qayda olaraq, “böyük fəlakət” kimi başqa ifadələri seçiblər.
Məsələn, əvvəlki ABŞ Prezidenti Donald Tramp və ondan qabaqkı Prezident Barak Obama 1915-ci il hadisələrini “böyük fəlakət” adlandırmışdılar. Bill Klintonun prezidentliyi dövründən bəri ABŞ prezidentləri oxşar ifadələr işlədiblər, baxmayaraq ki, seçki kampaniyaları zamanı erməni mənşəli seçicilərdən və ermənipərəst seçicilərdən səs almaq üçün müəyyən vədlər verirdilər.
Ancaq siyasət dəyişkən bir şeydir və siyasətçilər çox proqnozlaşdırılan insanlar deyillər. Üstəlik, əsl siyasətçi üçün ölkənin maraqları prioritetdir. Amerika liderinin qərarı, bir yaxın müttəfiq və Yaxın Şərq bölgəsindəki ən nüfuzlu dövlət olan Türkiyə ilə münasibətlərin gələcəyini müəyyən edəcək. Görək Bayden nə edir? Siyasi məqsədəuyğunluğun üstünlük təşkil edib-etməyəcəyini aprelin 24-də görəcəyik. //ayna.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Performans qiymətləndirmə nəticələri NƏDƏN gizli saxlanılır? - ETİRAZ VAR...
Bu gün, 09:45 |
|
|
|
• AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü... - maləsəf... BU FAKTDIR...
Bu gün, 09:32 |
|
|
|
• Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ? - “Binokl şousu”nun növbəti QONAĞI
Bu gün, 09:27 |
|
|
|
• Fransa artıq bütün körpüləri yandırıb... - BU, FAKTDIR...
Bu gün, 09:17 |
|
|
|
• Məhkəmə Ukraynada qətl törədən Azərbaycan çempionu ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:09 |
|
|
|
• Zəngəzur dəhlizi... NƏDƏN VACİBDİR... - ŞƏRH
Bu gün, 09:00 |
|
|
|
• “Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir? - AKTUAL
Bu gün, 08:52 |
|
|
|
• Sərdar Əsədova ağır itki üz verib
Bu gün, 08:49 |
|
|
|
• Məktəblərin qapısına ASILACAQ QIFIL... - AXI NİYƏ?..
Bu gün, 08:44 |
|
|
|
• Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI
Bu gün, 08:37 |
|
|
|
• Heç bir sosial platformada təmsil olunmayan iki partiya... - ARAŞDIRMA
Bu gün, 08:33 |
|
|
|
• “Kredit Servis BOKT”-nin rəhbərliyində DƏYİŞİKLİK - BUNDAN SONRA...
Bu gün, 08:32 |
|
|
|
• “Anadolu Event” ölkədən külli miqdarda PUL ÇIXARIB - BAŞI CƏNCƏLDƏ...
Bu gün, 08:28 |
|
|
|
• Bakıda möhtəkirliyin 1001 `KOLORİT`i... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:20 |
|
|
|
• Nəcəflinin xalqla GİZLİ GÖRÜŞLƏRİ... DAVAM EDİR!
Bu gün, 08:03 |
|
|
|
• KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir - FAKT BUDUR!
Bu gün, 07:17 |
|
|
|
• Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? - GƏLİŞMƏ
Bu gün, 07:15 |
|
|
|
• DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR
Bu gün, 06:32 |
|
|
|
• Bakıdan Makrona göndəriləsi “hədiyyə” - FOTO
Bu gün, 06:23 |
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
|