40 faizlə kredit, yoxa çıxan qızıllar: .....                     Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz .....                     Dövlət Agentliyinin 2,3 milyonluq tenderinin qalibi .....                     Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib .....                     Ermənistanın qisas istəyi sadəcə intihardır .....                     Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu" .....                     “İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm...” .....                     Şagirdlər məktəbə bıçaqla necə və niyə gedir? .....                     Paşinyan sülh sazişinin bəzi detallarını açıqladı .....                     Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər .....                     "Böyük Britaniya Azərbaycanla əməkdaşlığa hazırdır" .....                     Yeganə təhlükəsiz investisiya sahəsi olaraq qalır... .....                     Sepahın komandiri Suriyada ölüb .....                     İqbal Məmmədov 15 gündə 8 milyondan çox borcunu ödədi .....                     Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb .....                     Nazim İbrahimovun qardaşından təzminat TƏLƏB OLUNUR .....                     Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? .....                     İki avantüristin görüşü .....                     Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? .....                     “Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb...” .....                     İLGİNC: “İçərişəhər” Qoruğu İdarəsi 18 min manatlıq mal-qara yemi alır .....                     Erməni politoloq nədən narahatdır? .....                     Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? .....                     1 aydır “BakıKart”a onlayn ödəniş mümkün olmur .....                     Rövşən Binnətli vəzifəsindən azad olundu .....                     Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı .....                     Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq” .....                     Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? .....                     Lənkəranın prokuroru işdən çıxarıldı .....                     "5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " .....                     İran İsraillə mübarizədə bu yanlışı buraxacaqmı? .....                     AQTA hara baxır ki..: `GÜRCÜ XƏNGƏLİ` adı altında ZƏQQUTUN... .....                     Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır .....                     Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib .....                     Ermənistana qaz sataq? .....                     Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... .....                     "Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir .....                     Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? .....                     Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu .....                     "Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" .....                 

Putin küncə sıxışdırıldıqca, bütün əndazələri aşır - GƏLİŞMƏ
Tarix: 23-04-2021, 09:29 | Çap et
Putin küncə sıxışdırıldıqca, bütün əndazələri aşır
Hələ 1956-ci ildə macarlar, 1968-ci ildə isə çexlər ölkələrinə soxulan rus qoşunlarına qarşı kütləvi etiraz aksiyalarında “İVAN, İDİ DOMOY” şüarını səsləndirirdilər. Sonradan bu şüar digər ölkələrdə də istifadə olundu. Ancaq nə o vaxt, nə ondan əvvəl, nə də sonra İvan soxulduğu, işğal etdiyi torpaqlardan, ölkələrdən öz xoşu ilə çıxmadı. Yalnız güc, təzyiq, zorakılıq dilini anlayan Rusiya iflasın, məğlubiyyətin, müflisləşmənin, çöküşün kandarına çatmamış geri çəkilmədi.

Elə indi də əslində ağır günlərini yaşayan bu imperiya təfəkkürünün hakim olduğu dövlət sanksiyalar, təzyiqlər, iqtisadi, sosial, demoqrafik və s. çətinliklər səbəbindən küncə sıxışmış halda olsa da, Ukraynadan Moldovaya, Suriyadan Liviyaya, Gürcüstandan Azərbaycana kimi, nə qədər “İvan, idi domoy” deyilsə də, heç cür “ev-eşiyinə yığışmaq”, “ipə-sapa yatmaq” istəmir...

Vladimir Putin Federal Məclisə son müraciətində bir daha Rusiyanın nə beynəlxalq hüquq, nə dövlətlər arasında bərabərhüquqlu münasibətlər, nə də adi etik davranışlar kimi anlayışlara məhəl qoymadığını göstərmiş oldu. Kriminal küçə leksikonundan istifadə etməkdən heç vaxt utanmayan Rusiya Prezidenti onu küncə sıxışdıran ABŞ-ı, həmçinin bir vaxtlar Moskvanın öz arxa bağçası hesab etdiyi, lakin sonradan NATO-ya qoşulan, indi isə Rusiyanın aqressiv davranışlarına etiraz edən və hazırda onunla diplomatik qalmaqal yaşayan Çexiya və Polşa kimi ölkələri, hətta Ukraynanı nəzərdə tutaraq, deyib: “Mən artıq demişəm ki, gah burada, gaha da orada heç bir səbəb olmadan Rusiyaya yapışırlar. Əlbəttə, onların ətrafında dərhal Şirxanın ətrafındakı kimi hər cür kiçik Tabaki (çaqqal) fırlanır. Hər şey Kiplinqdəki (məşhur yazıçı-red.) kimidir. Öz suverenlərini (“öz ağaları” mənasında deyir – red.) razı salmaq üçün züy tuturlar”.

Göründüyü kimi, SSRİ-nin dağılmasını “20-ci əsrin böyük geosiyasi fəlakəti” adlandıran Putin özünü müasir, sivil bir ölkə başçısından daha çox həm imperiya başçısı, həm də kriminal avtoritet kimi apararaq, onun yanında olmayanları hər cür ifadə ilə təhqir və təhdid etməkdən çəkinmir. Ardınca hədə-qorxu gələrək deyir ki, kimsə Rusiyanın “xoş məramını” laqeyidlik və ya zəiflik kimi qəbul edərsə və "körpüləri yandırmağa, hətta uçurmağa hazırdırsa, Rusiyanın cavabının asimmetrik, sürətli və sərt olacağını bilməlidir”. Əslində isə Rusiya və “xoş məram” anlayışlarının Putinin dililə desək, asimmetrik olduğunu dünyada bilməyən yoxdur...

Rusiyanın beynəlxalq hüquq, qonşularıyla münasibətlər, ölkələrin suveren haqları, ərazi bütövlüyünün toxunulmazlığı kimi məsələlərdə bütün yazılan və yazılmayan qanunları pozmasını, bütün əndazələri aşmasını isə Putinin aşağıdakı fikri olduqca çılpaq şəkildə ortaya qoyur: "Ümid edirəm ki, heç kim Rusiyanın “qırmızı xəttini” keçməyi düşünmür. Bu xəttin hər bir konkret halda harada olacağını biz özümüz(!) müəyyən edəcəyik". Bu, o deməkdir ki, Rusiyanın həmin bu “qırmızı xətti” özünün kefi istədiyi yerdən, məsələn Ukraynanın, Gürcüstanın, Moldovanın, Pribaltika ölkələrinin, yaxud Azərbaycanın ərazisindən keçə bilər, necə ki, keçir də. Və belə görünür ki, dünyanın hansısa münaqişə nöqtəsində, indiki halda, məsələn, Ukraynada “burnu əzilməyincə” də bu “qırmızı xətt” hədə-qorxularından vaz keçməyəcək...

Əslində, Azərbaycana öz suveren sərhədlərinin bərpasına, Qarabağın separatçılardan tam təmizlənməsinə imkan verilməməsi, ordumuzun Xankəndinin kandarında dayandırılması, ərazimizə, “İsgəndər-M” də daxil olmaqla, raket zərbələrinin endirilməsi, daha sonra ölkəmizin buna aydınlıq gətirilməsilə bağlı müraciətinə Rusiya Müdafiə Nazirliyi səviyyəsində açıq yalandan ibarət saymazyana cavab verilməsi, həmçinin sülhməramlı adı altında torpaqlarımıza soxulan rus ordusunun davranışları və s. Rusiyanın Azərbaycandakı həmin bu “qırmızı xətti”i barədə dolğun təsəvvür yaradır. “Strateji tərəfdaş” adlandırdığı ölkədə özünü işğalçı kimi aparan Rusiya öz niyyətlərini bəzən heç gizlətmir də. Əksinə, məsələn, Qarabağda sülhməramlı adı altında yerləşdirilən kontingent həmin torpaqlarda əməli-başlı hərbi administrasiya yaradaraq, ərazinin idarə edilməsini həyata keçirir. Artıq özünü Qarabağın qubernatoru kimi aparan general Rüstəm Muradovun rəhbərlik etdiyi həmin bu administrasiya əsl hakimiyyət strukturuna çevrilib. Bu administrasiya tikinti, abadlıq işləri aparır, ermənilərin sosial problemlərini həll edir, hətta onların vaksinasiyasını da həyata keçirir, bir sözlə, bildiyimiz hakimiyyət funksiyalarını yerinə yetirir.

Muradovun Qarabağa gəldiyi ilk günlərdə Araik Arutunyanla “öpüşüb-sevişməsinə” baxmayın, artıq Arutunyan-marutunyan vecinə alan, onun guya rəhbərlik etdiyi oyuncaq qurumu heç oyuncaq kimi də qəbul edən, kəsəsi, onu “it yerinə də qoyan” yoxdur. Sadəcə, “qubernator” Muradov hərdən Moskvadan aldığı tapşırıq əsasında qondarma rejimdə “vəzifə” verdikləri Xocalı qatillərindən olan Vitali Balasanyanı çıxarıb Azərbaycanın üstünə hürdürür, vəssalam. Bununla yanaşı, Rusiyanın Kreml yandaşı olan KİV-ləri, bir çox rəsmi şəxsləri, deputatları, həmçinin “sülhməramlıların” rəhbər heyəti də işğal altında qalan ərazimizi “Artsax” adlandırır, Xankəndiyə Stenapakert deyir. Mayın 9-da Xankəndidə hərbi parad keçiriləcəyinin bəyan edilməsi də Rusiyanın qonşularına və “sülhməramlı missiya” anlayışına münasibətinin təzahüründən, Azərbaycana psixoloji təzyiq və Qarabağda kimin ağalıq etdiyinin nümayişindən başqa bir şey deyil. Hələ 4 il əvvəl Lavrov “Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil” demişdi. Elə indi də həmin fikirdə olduğunu gizlətmir. Putinsə müharibə günlərində Qarabağın Azərbaycan ərazisi olduğunu desə də, öz “sülhməramlılarını” oraya yeridəndən sonra həmin ərazi Putinin dilində çevrilib oldu “Rusiya sülhməramlılarının məsul olduğu ərazi”...

Bu mövzuya toxunarkən, Rusiya cəmiyyətindən də bir neçə kəlmə deməsək, olmur. Bu, o cəmiyyətdir ki, “Çar uğrunda” deyib qanlı döyüşlərə qatıldı, sonra da Çarı və ailəsini amansızcasına qətlə yetirdi. Ardınca Leninə “sonsuz sevgisini” ifadə etdi, sonra da ona güllə atdı. Daha sonra Stalini sevdi, “Stalin uğrunda” deyib ölümə getdi, müharibədə qələbə qazandı. Ölümündən sonra isə Stalini xain çıxardı və sair... Belə bir cəmiyyətin, mentalitetin, düşüncənin Putinə “sitayişi” də sürüşkən olmaya bilməz. Bunun nəticəsidir ki, artıq Navalnının həbsinə etiraz aksiyalarında Putinin ünvanına deyilməyən təhqir, ittiham qalmayıb. Və bu ittihamların çoxuyla razılaşmamaq da olmur...

Son günlər getdikcə artan və Putin hakimiyyətinin sıxışmasında, təntiməsində xüsusi yer alan həmin aksiyalarda olduqca maraqlı şüarlara rast gəlinir. Məsələn, “Stariçok, vıpey naviçok!”, yəni “qoca, naviçok iç”. “Naviçok” deyərkən, Rusiya xüsusi xidmət orqanlarının hakimiyyətin rəqiblərini zəhərləmək üçün istifadə etdiyi ölümcül kimyəvi maddə nəzərdə tutulur. “Qoca” isə Putindir. Həmin aksiyalarda, həmçinin “Putin qatil” və “Putinsiz Rusiya” kimi şüarlar da səsləndirilir. Xüsusilə də son şüarda çatdırılan fikir əslində etiraza qalxan rusiyalılarla yanaşı, Rusiyanın qonşularının, eləcə də az qala bütün dünya birliyinin ürəyindən xəbər verir. Çünki bəlkə Rusiyaya korrupsiyadan, oğurluqdan, talançılıqdan, kriminaldan, özbaşınalıqdan və s. neqativlərdən uzaq, qonşularına və dünya birliyinə hörmətlə yanaşmağı bacaran, beynəlxalq hüquqa riayət edən bir rəhbər gəlsə, bu ölkənin də canı qurtarar, elə bizim də. Ancaq bunun nə zaman baş verəcəyini və ümumiyyətlə baş verib-verməyəcəyini söyləmək çox çətindir...
“AzPolitika.info”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
40 faizlə kredit, yoxa çıxan qızıllar: - Lombard və BOKT-lara "dur" deyiləcək?
Bu gün, 19:10
Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz - NƏ ETMƏLİ?
Bu gün, 19:00
Dövlət Agentliyinin 2,3 milyonluq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 18:56
Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib - ƏMR
Bu gün, 18:54
Ermənistanın qisas istəyi sadəcə intihardır - Şahnazarov
Bu gün, 18:17
Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu" - Kredit portfeli 3 dəfədən çox azalıb
Bu gün, 18:12
“İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm...” - MƏHKƏMƏ
Bu gün, 18:07
Şagirdlər məktəbə bıçaqla necə və niyə gedir? - Günahkar valideynlərdir , yoxsa....
Bu gün, 18:04
Paşinyan sülh sazişinin bəzi detallarını açıqladı - İNCƏLƏMƏ
Bu gün, 18:03
Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər - DETALLAR
Bu gün, 18:01
"Böyük Britaniya Azərbaycanla əməkdaşlığa hazırdır" - Səfir
Bu gün, 18:00
Yeganə təhlükəsiz investisiya sahəsi olaraq qalır... - ARAŞDIRMA
Bu gün, 17:59
Sepahın komandiri Suriyada ölüb - İSNA
Bu gün, 17:58
İqbal Məmmədov 15 gündə 8 milyondan çox borcunu ödədi - DETALLAR
Bu gün, 17:56
Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb - VİDEO
Bu gün, 17:50
Nazim İbrahimovun qardaşından təzminat TƏLƏB OLUNUR - TƏFƏRRÜAT
Bu gün, 17:48
Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? - AÇIQLAMA
Bu gün, 17:46
İki avantüristin görüşü - Makron Paşinyanı yeni təlimatlandırır
Bu gün, 17:43
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? - TƏFƏRRÜAT
Bu gün, 17:41
“Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb...” - Ovannisyan
Bu gün, 17:38
İLGİNC: “İçərişəhər” Qoruğu İdarəsi 18 min manatlıq mal-qara yemi alır - İcazə verin, şübhələnək...
Bu gün, 17:36
Erməni politoloq nədən narahatdır? - KİV
Bu gün, 17:34
Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? - Ekspertlərdən fərqli TƏKLİFLƏR
Bu gün, 17:27
1 aydır “BakıKart”a onlayn ödəniş mümkün olmur – Problem nə zaman həll olunacaq?
Bu gün, 17:24
Rövşən Binnətli vəzifəsindən azad olundu - ƏMR
Bu gün, 17:22
Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı
Bu gün, 16:09
Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq”
Bu gün, 16:08
Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? – Ekspertdən açıqlama
Bu gün, 16:07
Lənkəranın prokuroru işdən çıxarıldı - FOTO
Bu gün, 16:03
"5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " - AÇIQLAMA
Bu gün, 16:01
İran İsraillə mübarizədə bu yanlışı buraxacaqmı? - GƏLİŞMƏ
Bu gün, 15:59
AQTA hara baxır ki..: `GÜRCÜ XƏNGƏLİ` adı altında ZƏQQUTUN... - ÖZBAŞINALIQ!
Bu gün, 15:55
Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır - FOTO
Bu gün, 15:40
Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib
Bu gün, 14:17
Ermənistana qaz sataq? – İrəvan Moskvadan Bakıya sığınmaq istəyir
Bu gün, 14:02
Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... - GƏLİŞMƏ
Bu gün, 14:00
"Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir
Bu gün, 13:56
Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Bu gün, 13:09
Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu – Məhkəmə təcrübəsini müəyyənləşdirən qərar
Bu gün, 13:06
"Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" - Ekspert
Bu gün, 13:03
Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ – “Evə gələndə gördüm ki...”
Bu gün, 12:59
Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb
Bu gün, 12:55
Şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:53
Silah siyasətimiz neft siyasətimizdən önə keçir -ŞƏRH
Bu gün, 12:48
Ən çox zərər edən 10 Rusiya şirkəti - SİYAHI
Bu gün, 12:43
“Access Bank” medianı susdurmağa çalışır? - BU NƏDİ BELƏ?!
Bu gün, 12:40
Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu - Paşinyan
Bu gün, 12:38
Döyülən xəstəxana direktoruna cinayət işi açıldı - HƏBS OLUNUR?
Bu gün, 12:22
"Uşaqlarım beton üstündə yatır..." - GİLEY
Bu gün, 12:20
Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ – “Mal-qaradan çox, özümüzə görə narahatıq”
Bu gün, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru