Bakıda ipoteka ilə satılacaq ev tapılmayacaq .....                     Sumqayıtda bu məktəbə yeni direktor təyin edildi .....                     Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür .....                     Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür .....                     Xırdalanın yollarının təmirinə 1,5 milyon manat ayrıldı .....                     “ACWA Power” Azərbaycanda daha bir şirkət təsis edib .....                     Ermənistan bütün hərbi cinayətkarları araşdırıb cəzalandırmalıdır .....                     “İran altı ay ərzində 10 nüvə başlığına sahib ola bilər” .....                     Tanınmış naşir kitab sərgisindən şikayət edib: .....                     40 faizlə kredit, yoxa çıxan qızıllar: .....                     Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz .....                     Dövlət Agentliyinin 2,3 milyonluq tenderinin qalibi .....                     Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib .....                     Ermənistanın qisas istəyi sadəcə intihardır .....                     Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu" .....                     “İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm...” .....                     Şagirdlər məktəbə bıçaqla necə və niyə gedir? .....                     Paşinyan sülh sazişinin bəzi detallarını açıqladı .....                     Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər .....                     "Böyük Britaniya Azərbaycanla əməkdaşlığa hazırdır" .....                     Yeganə təhlükəsiz investisiya sahəsi olaraq qalır... .....                     Sepahın komandiri Suriyada ölüb .....                     İqbal Məmmədov 15 gündə 8 milyondan çox borcunu ödədi .....                     Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb .....                     Nazim İbrahimovun qardaşından təzminat TƏLƏB OLUNUR .....                     Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? .....                     İki avantüristin görüşü .....                     Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? .....                     “Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb...” .....                     İLGİNC: “İçərişəhər” Qoruğu İdarəsi 18 min manatlıq mal-qara yemi alır .....                     Erməni politoloq nədən narahatdır? .....                     Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? .....                     1 aydır “BakıKart”a onlayn ödəniş mümkün olmur .....                     Rövşən Binnətli vəzifəsindən azad olundu .....                     Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı .....                     Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq” .....                     Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? .....                     Lənkəranın prokuroru işdən çıxarıldı .....                     "5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " .....                     İran İsraillə mübarizədə bu yanlışı buraxacaqmı? .....                 

Qardaş Türkiyə ilə dost İsrail arasında gərginlik - çözüm variantı varmı...
Tarix: 1-04-2021, 10:05 | Çap et
Qardaş Türkiyə ilə dost İsrail arasında gərginlik
Türkiyə ilə İsrail arasında son aylarda müşahidə olunan yumşalma meylləri yenidən gərginliklə əvəz olunub. Hər keçən gün iki dövlət arasında münasibətlər kritikləşir. Bu vəziyyətin haraya və nə zamana qədər davam edəcəyi sualı isə açıq qalır. Azərbaycanın Türkiyə ilə qardaş, müttəfiq olduğu, həmçinin İsraillə də çox sıx strateji əməkdaşlığı, dostluğu olduğu məlumdur. Bir tərəfdə qardaş ölkə, o biri tərəfdə yaxın dost ölkə. Belə biz vəziyyətdə Azərbaycan bu məsələdə hansı mövqeni tutacaq? Bu iki dövləti barışdırmaq mümkündürmü?

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, yeni dünya nizamı quruculuğu gedir və bu, geopolitik qarşıdurmalarla müşayiət olunur: “Artıq bu proses həlledici mərhələyə daxil olub. Təbii ki, indi yeni düzən qurulduğu üçün hər bir dövlət, xüsusən də iddiaçı və iddialı dövlətlər çalışırlar yeni münasibətlər sistemi formalaşmamışdan burada özlərinə layiq, milli maraqlarına cavab verən yerlərini tutsunlar, öz təsir zonalarını genişləndirsinlər. Bu zaman da təbii ki, iddialı dövlətlərin maraqları bir-biri ilə toqquşur, nəticədə gərginliklər yaranır. Buna təbii baxmaq lazımdır. Yəni bu prosesin təbiətindən irəli gələn bir şeydir. Rəqabət olan yerdə gərginliklər zaman-zaman qaçılımazdır. Amma nəzərə alaq ki, artıq uzun müddətdir Türkiyə kollektiv Qərbin-NATO-nun üzvüdür, Avropa Birliyinə namizəd ölkədir, İsraillə strateji münasibətləri var. Bütün bunları və Azərbaycanda da Türkiyə ilə İsrailin birgə, eyni istiqamətdə paralel hərəkət etdiyini nəzərə alsaq, onlar arasında qapalı kanallarla həm siyasi diplomatik, həm iqtisadi, həm kəşfiyyat kanalları ilə danışıqların getdiyini nəzərə alsaq mən düşünürəm ki, müşahidə olunan sərt rəqabət sonucunda da bir uzlaşma ortaya çıxacaq. Çünki böyük güclər də onları bu istiqamətdə uzlaşmaya zorlayacaqlar. Böyük güclər deyəndə mən burada ilk növbədə ABŞ-ı və Böyük Britaniyanı nəzərdə tuturam. ABŞ-ın iki çox yaxın strateji müttəfiqi var. Bunun biri Böyük Britaniyadır, digəri İsraildir. İndi ABŞ-ın başlatmaq istədiyi qlobal və regional siyasətə baxsaq, burada əsas niyyət Avropatlantik xəttin gücləndirilməsidir”.

S.Əkbər qeyd etdi ki, Avroatlatntik xəttin gücləndirilməsinin tərkib hissələrindən biri də NATO-nun kollektiv birgə hərəkət etməsidir. Bu isə o deməkdir ki, ABŞ NATO-nun üzvü olan Türkiyə ilə, strateji müttəfiqi olan Britaniya və İsraillə birgə hərəkət etməlidir: “Qarşıda Çin kimi böyük rəqib və Rusiya kimi böyük strateji milli təhlükəsizlik təhdidi var. Ona görə də bütün bu amillər Amerikanı və onun yaxın strateji müttəfiqlərini Türkiyə ilə uzlaşmağa məcbur edəcəklər. Sadəcə olaraq, bu, müəyyən zaman alacaq. Həm Türkiyə müəyyən maraqların təmin olunması üçün güzəştlərə getməli olacaq, həm də qarşı tərəf. Söhbət kimin maraqlarını haraya qədər inkişaf etdirə biləcəyindən gedir. 11-13 iyun ayında Şotlandiyada böyük yeddilərin görüşü gözlənilir, iyunun sonunda isə NATO-nun sammiti olacaq. Fikrimcə, ilkin razılaşmalar iyunun sonuna qədər əldə olunmalıdır. Ola bilsin çərçivə anlaşması əldə olunacaq, amma çərçivənin içini doldurmaq üçün ayrı-ayrı bölmələr üzrə danışıqlar davam edəcək. Gərginliyin intensivliyi aşağı düşəcək”.

Azərbaycana gəldikdə isə Sülhəddin Əkbər hesab edir ki, ölkəmizin milli maraqlarına uyğun olan Türkiyənin ABŞ və İsraillə strateji dialoqunun olmasıdır. Bu dialoq artıq başlayıb: “Mən düşünürəm ki, sonucda tərəflər bir-birinin maraqlarını nəzərə alaraq qarşılıqlı güzəştlərə getmək üçün çərçivə anlaşması əldə edəcəklər. Azərbaycanın da maraqlarına bu cavab verir. Azərbaycan Türkiyə və İsrail arasında münasibətlərin normal olmasında maraqlıdır və zaman-zaman bunu sübut edib, hətta müəyyən təşəbbüslər göstərib ki, münasibətlər normallaşsın. Bizim marağımıza uyğundur ki, Azərbaycanın bir nömrəli müttəfiqi, arxası olan Türkiyə həm İsraillə, həm ABŞ-la anlaşsın, dil tapsın. Belə olarsa, Azərbaycan da Türkiyə ilə birgə hərəkət etməklə kollektiv demokratik dünya ilə birgə hərəkət edər və qarşıdakı böyük toqquşmalarda da öz maraqlarını qoruya bilər. İkinci Qarabağ savaşında Azərbaycan necə uğurlu bir geopolitik şərtləri yaxalayıb Türkiyə, Pakistan, İsrail, Böyük Britaniya və Çinlə birgə hərəkət etdisə, indi də geopolitik dəyişən şəraitdə yeni vəziyyəti nəzərə almalıdır, artıq ABŞ-ı da nəzərə almalıdır. Supergüc olan Amerikanı nəzərə almadan hərəkət etmək yanlış olar və bu, bizə baha başa gələr. Azərbaycan həm Türkiyə, həm də İsraillə bu günə qədər əldə etdiyi münasibətləri daha da inkişaf etdirməlidir. Biz yeni təşəbbüslərlə çıxış etməliyik”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda ipoteka ilə satılacaq ev tapılmayacaq - Xəbərdarlıq edildi
Bu gün, 00:22
Sumqayıtda bu məktəbə yeni direktor təyin edildi - ƏMR
Bu gün, 00:16
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür - ANIM
Bu gün, 00:12
Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
Bu gün, 00:10
Xırdalanın yollarının təmirinə 1,5 milyon manat ayrıldı
Bu gün, 00:05
“ACWA Power” Azərbaycanda daha bir şirkət təsis edib
Bu gün, 00:02
Ermənistan bütün hərbi cinayətkarları araşdırıb cəzalandırmalıdır - Hikmət Hacıyevdən ÇAĞIRIŞ
Dünən, 23:47
“İran altı ay ərzində 10 nüvə başlığına sahib ola bilər” – “The Times”
Dünən, 23:44
Tanınmış naşir kitab sərgisindən şikayət edib: - "Kitabları özümüz üçün nəşr edirik?"
Dünən, 23:38
40 faizlə kredit, yoxa çıxan qızıllar: - Lombard və BOKT-lara "dur" deyiləcək?
Dünən, 19:10
Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz - NƏ ETMƏLİ?
Dünən, 19:00
Dövlət Agentliyinin 2,3 milyonluq tenderinin qalibi - MƏLUM OLDU
Dünən, 18:56
Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib - ƏMR
Dünən, 18:54
Ermənistanın qisas istəyi sadəcə intihardır - Şahnazarov
Dünən, 18:17
Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu" - Kredit portfeli 3 dəfədən çox azalıb
Dünən, 18:12
“İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm...” - MƏHKƏMƏ
Dünən, 18:07
Şagirdlər məktəbə bıçaqla necə və niyə gedir? - Günahkar valideynlərdir , yoxsa....
Dünən, 18:04
Paşinyan sülh sazişinin bəzi detallarını açıqladı - İNCƏLƏMƏ
Dünən, 18:03
Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər - DETALLAR
Dünən, 18:01
"Böyük Britaniya Azərbaycanla əməkdaşlığa hazırdır" - Səfir
Dünən, 18:00
Yeganə təhlükəsiz investisiya sahəsi olaraq qalır... - ARAŞDIRMA
Dünən, 17:59
Sepahın komandiri Suriyada ölüb - İSNA
Dünən, 17:58
İqbal Məmmədov 15 gündə 8 milyondan çox borcunu ödədi - DETALLAR
Dünən, 17:56
Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb - VİDEO
Dünən, 17:50
Nazim İbrahimovun qardaşından təzminat TƏLƏB OLUNUR - TƏFƏRRÜAT
Dünən, 17:48
Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? - AÇIQLAMA
Dünən, 17:46
İki avantüristin görüşü - Makron Paşinyanı yeni təlimatlandırır
Dünən, 17:43
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? - TƏFƏRRÜAT
Dünən, 17:41
“Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb...” - Ovannisyan
Dünən, 17:38
İLGİNC: “İçərişəhər” Qoruğu İdarəsi 18 min manatlıq mal-qara yemi alır - İcazə verin, şübhələnək...
Dünən, 17:36
Erməni politoloq nədən narahatdır? - KİV
Dünən, 17:34
Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? - Ekspertlərdən fərqli TƏKLİFLƏR
Dünən, 17:27
1 aydır “BakıKart”a onlayn ödəniş mümkün olmur – Problem nə zaman həll olunacaq?
Dünən, 17:24
Rövşən Binnətli vəzifəsindən azad olundu - ƏMR
Dünən, 17:22
Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı
Dünən, 16:09
Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq”
Dünən, 16:08
Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? – Ekspertdən açıqlama
Dünən, 16:07
Lənkəranın prokuroru işdən çıxarıldı - FOTO
Dünən, 16:03
"5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " - AÇIQLAMA
Dünən, 16:01
İran İsraillə mübarizədə bu yanlışı buraxacaqmı? - GƏLİŞMƏ
Dünən, 15:59
AQTA hara baxır ki..: `GÜRCÜ XƏNGƏLİ` adı altında ZƏQQUTUN... - ÖZBAŞINALIQ!
Dünən, 15:55
Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır - FOTO
Dünən, 15:40
Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib
Dünən, 14:17
Ermənistana qaz sataq? – İrəvan Moskvadan Bakıya sığınmaq istəyir
Dünən, 14:02
Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... - GƏLİŞMƏ
Dünən, 14:00
"Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir
Dünən, 13:56
Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Dünən, 13:09
Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu – Məhkəmə təcrübəsini müəyyənləşdirən qərar
Dünən, 13:06
"Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" - Ekspert
Dünən, 13:03
Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ – “Evə gələndə gördüm ki...”
Dünən, 12:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru