Pentaqon İran tərəfdarını bombaladığını təsdiqlədi
Tarix: 26-02-2021, 09:37 |
Çap et
“ABŞ Silahlı Qüvvələr prezident Co Baydenin göstərişi ilə Suriyanın şərqində İran tərəfdarı olan qrupların hədəflərinə hava zərbələri endirib”.
"MediaPost" xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Con Kirbin TASS-a açıqlamasında bildirib.
Pentaqon təmsilçisi əlavə edib ki, bu hücum İraqdakı ABŞ və və koalisiyaya qüvvələrinə məxsus obyektlərə bir neçə gün əvvəl edilən zərbələrin cavabı idi: “Hava zərbələr nəticəsində “Kataib Hizbullah” və “Kataib Seyyid aş-Şuhad” da daxil olmaqla, sözügedən qruplaşmaların çoxsaylı obyektləri məhv edilib”.