Dünyada COVID-19-a yoluxanların sayı 110 milyonu ötüb
Tarix: 17-02-2021, 10:11 |
Çap et
Dünyada COVID-19-a yoluxanların sayı 110 milyonu keçib.
APA “worldometers”ə istinadən xəbər verir ki, bununla koronavirusa yoluxanların sayı 110 035 724-ə çatıb.
Bildirilib ki, xəstəlikdən ölənlərin sayı 2 429 822, virusdan sağalanların sayı isə 84 865 039 nəfərdir.
Qeyd edək ki, koronavirusa yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk sıralardadır.