Dumansız adanın dumanlı gələcəyi: - Kiprin taleyi necə olacaq?
Tarix: 16-02-2021, 08:19 | Çap et
“ABC News” xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son çıxışında Kiprin birləşməsi üçün federal bir sistemin müzakirəsini istisna etdi və iki dövlətli bir razılaşmanın etnik olaraq bölünmüş ada üçün yeganə həll yolu olduğunu təkid etdi.
İqtidar partiyasının millət vəkillərinə müraciətində Ərdoğan Yunanistan Baş naziri Kiriakos Mitsotakisə cavab verdi, onu qarşıdurmada və iki qonşu arasındakı gərginliyi azaltmaq məqsədi ilə bu yaxınlarda bərpa olunan Yunanıstan-Türkiyə danışıqlarını pozmaqda günahlandırdı.
Onun sözlərinə görə, yunan tərəfi inadla adanın təbii ehtiyatlarının bərabər istismarı məsələsini müzakirə etmək istəmir və Kipr Türk icmasına qarşı iqtisadi və siyasi təzyiqləri artırır.
Ərdoğan iki bərabər suveren dövlət arasında bağlanacaq bir sülh müqaviləsinə toxunaraq, “Kipr üçün iki dövlət yaratmaq qərarından başqa bir çıxış yolu yoxdur. Qəbul etsən də, etməsən də artıq federasiya ola bilməz”, - dedi.
Ərdoğan “Adadakı Türk xalqını görməməzliyə vuran və 50 ildir davam edən danışıqları məhv edən köhnə həll formullarını müzakirə etməyin mənası yoxdur. İndi bu iş bitdi”, - deyə məsələyə demək olar ki, nötə qoydu.
Onun açıqlaması BMT Baş Katibi Antonio Quterresin gələn ay rəqibləri - yunanları və Kipr türklərini, habelə iki icmanın - qarantlarını - Yunanıstan, Türkiyə və İngiltərəni bir araya gətirərək, adanın birləşməsi ilə bağlı danışıqları bərpa etmək şansını qiymətləndirmək üçün bir toplantı çağırması ilə əlaqəlidir.
Türkiyə və Kiprdəki türklər, yunan ve türkçə danışan bölgələrin varlığını nəzərdə tutan bir federasya sisteminin yaradılmasına çağıran həll yolunun, son on ildə dəfələrlə sınandığını və Kipr yunanlarının hakimiyyəti tütrklərlə paylaşmaq istəməməsi səbəbindən uğursuzluğa düçar olduğu söylənilir. Kipr yunanları Aralıq dənizinin şərqində yerləşən bu adanın etnik bölgüsünü qanuniləşdirəcək hər hansı bir anlaşmanı qəti şəkildə rədd edir.
Bu həftənin əvvəlində Kiprə səfər edən Mitsotakis Yunanıstanın prioritetinin “Kiprdəki Türk işğalına” son verilməsini və Türkiyə ilə Kipr türklərinin iki dövlətli bir quruluş üçün israrının qeyri-real olduğunu söylədi. Və Ərdoğan Mitsotakisə “yerini bilməlidir” cavabını verdi.
“Barış axtarırlarsa, mənə meydan oxumasınlar. Yerinizi bilmirsinizsə, o zaman danışıqlar masasına otura bilməzsiniz”, - dedi Ərdoğan.
Çox maraqlı bir açıqlamadır və göründüyü kimi, Afina Ankaranın hazırkı mövqeyində xarici təzyiqlərə çox həssas olmadığını başa düşə bilmir. Üstəlik, Yunanıstana Türkiyəni inandırmağa qadir olan yeganə güc olan ABŞ-ın dəstəyi də görünmür. Bəs, həqiqətən bir dövlət daxilində iki icmanın birgə və bərabər yaşaması üçün heç bir seçim qalmayıb? Bu günkü sərt ifadələrin keçici emosiyalar olması və yenə də vəziyyətin dəyişmə potensialı varmı?
Tanınmış ekspertlər və diplomatlar bu məqamları AYNA-ya şərh ediblər:
Türk politoloq, tarix elmləri doktoru, Moskva Dövlət Universitetinin Asiya və Afrika Araşdırmaları İnstitutunun tədqiqatçısı Mehmet Perinçək:
- Bir dövlət daxilində iki icmanın ortaq və bərabər mövcudluğu üçün artıq seçim yoxdur. Burada vurğulanmalıdır ki, Kiprdə Kipr milləti deyilən bir şey yoxdur - həm türklər, həm də yunanlar orada yaşayırlar. Buna görə də Kipr məsələsinin ən doğru və son həlli Kiprin Yunanıstanla Türkiyə arasında bölünməsidir.
Digər tərəfdən, Kipr Şərqi Aralıq dənizində müstəqil yaşamaq qabiliyyətinə sahib olmayan kiçik bir ölkədir. Buna görə də qeyd etdiyim kimi, adanın bölünməsi ən düzgün qərardır. O zaman türklər və yunanlar Kiprdə dinc, əməkdaşlıq və dostluq içində yaşaya biləcəklər. Ancaq əvvəl bir ayrılıq olmalıdır. Bundan sonra dinc yanaşı yaşamaq üçün zəmin yaranacaq.
Kipr məsələsi günümüzün dünya geosiyasətində çox əhəmiyyətli bir rol oynayır. Türkiyə ilə ABŞ arasında çox böyük bir qarşıdurma var. Amerika orada bir növ blok yaratdı - ABŞ, İsrail, Cənubi Kipr, Yunanıstan. Və hətta Birləşmiş Ərəb Əmirliklərini də buraya əlavə etmək olar. Şərqi Aralıq dənizində Türkiyəyə qarşı təlimlər keçirirlər və Ankara orada atlantikçiliyə müqavimət göstərir. Əlbətdə ki, Türkiyənin müqaviməti yalnız öz maraqları üçün deyil, həm də Azərbaycan, Rusiya, Çin və s. daxil olmaqla bütün Avrasiya ölkələrinin maraqları üçündür. Çünki Atlantizmin Şərqi Aralıq dənizindəki işğalı təkcə Türkiyəyə deyil, bütün Avrasiyaya qarşı yönəldilmişdir. Buna görə də, Azərbaycan və digər Avrasiya ölkələri Ankaranın Kipr məsələsindəki mövqeyini dəstəkləməlidir. Bu, Dağlıq Qarabağ məsələsinin son həllinə kömək edə bilər, çünki Aralıq dənizindəki qarşıdurma ilə Cənubi Qafqazdakı qarşıdurma fərqli deyil. Vahid bir cəbhə var və bu səbəbdən hər iki istiqamətdə ortaq bir strategiyamız olmalıdır.
İstefada olan diplomat, Norveç Krallığının Azərbaycandakı keçmiş səfiri Steynar Gil:
- Yalnız onu deyə bilərəm ki, Prezident Ərdoğan tanınmış bir ssenari üzrə hərəkət edir - daxili iqtisadi böhrana sərt xarici siyasət yürütməklə cavab verir. Ümumiyyətlə, əlaqədar tərəflər Kipr probleminin qarşılıqlı məqbul həllinə nail olmaq üçün danışıqlar aparmalıdırlar.
Orta Şərq Araşdırmaları Mərkəzinin İcraçı direktoru İqor Semivolos:
- Düşünürəm ki, Türkiyə Prezidenti tərəfindən bu, bölünmüş adanın gələcəyi ilə bağlı müzakirələrdə “stavkanın” qəsdən artırılmasıdır. Artıq BMT-nin səylərini gördük, yunan əhalisinin inteqrasiyanın əleyhinə səs verdiyi referendumun nəticələrini gördük və indi Türkiyə şərti olaraq «two state solution”(“iki dövlət həlli”) mövzusunda bir dəyişiklik təqdim edərək, gündəmi dəyişdirməyi təklif edir. Bu mənada təklif, şübhəsiz ki, yunanların və türk əhalisinin kifayət qədər böyük bir hissəsinin adanın gələcəyi ilə bağlı fikirlərinə ziddir, lakin mövcud həqiqətləri əks etdirir. Və həqiqət budur ki, burada əsas rolları Kiprlilər deyil, Ankara və Afina oynayır. Adanın parçalanmasına və bölünməsinin möhkəmlənməsinə birbaşa kömək edən siyasətçilər məhz bu paytaxtları təmsil edirdilər.
Bu danışıqlara strategiya kimi baxsaq, Ərdoğan sərt, barışmaz bir mövqe tutdu: ya bu bizim yolumuz olacaq, ya da heç olmayacaq. Prinsipcə, onun opponenti haqqında da bənzər bir şey söyləmək olar. Bu çıxılmaz vəziyyətdən çıxış yolu üçüncü bir tərəfin vasitəçilik missiyası ola bilər və düşünürəm ki, ilk növbədə yeni Amerika rəhbərliyi bu rolu oyanaya bilər. Yeri gəlmişkən, Ərdoğan tərəfindən belə bir sərt yanaşma, Avropa Parlamentinin böyük ölçüdə antitürk qərarına bir reaksiya ola bilər.
İndi bunun nə ilə nəticələnə biləcəyini söyləmək çətindir. Zamanla ehtirasların azalacağı və ritorikanın daha yumşaq olacağı mümkündür. Ancaq iki dövlət arasındakı ziddiyyətlər həll olunmayana qədər adanın iki hissəsinin uğurlu inteqrasiyasına ümid yoxdur.
Ukrayna Gələcək İnstitutunun analitiki, Yaxın Şərq üzrə ekspert İliya Kusa:
- Düşünürəm ki, bu münaqişənin həlli bu gün qeyri-mümkündür. Türk Kiprinin yeni başçısı Ersin Tatar dinc birləşmənin tərəfdarı deyil. Ərdoğan da bu yaxınlarda bu fikirdən imtina etdi və Yunanıstan və Kiprlə qaz şelfinə görə çıxan qarşıdurmalar tərəflərin mövqelərini yalnız sərtləşdirdi.
Bayden rəhbərliyinin gəlməsi ilə bir çox yeniliklər əlavə olunur. ABŞ və Türkiyə arasındakı münasibətlər pisləşərsə, Yunanıstan güclü bir müttəfiq qazanacaq və “haqlılığını” daha da gücləndirəcək. Bundan əlavə, Yunanıstanın mövqeyi Fransa və Avropa Birliyi tərəfindən dəstəklənir. Əslində Kiprlə bağlı danışıqlar daha çox regional dövlətlərin münasibətlərindən asılıdır. Beynəlxalq hüquqda belə bir məqam var - Türk Kiprini Ankara xaricində kimsə tanımır və 1974-cü ildə türklərin adaya gəlməsi beynəlxalq hüququn açıq şəkildə pozulması idi. Bu gün heç bir tərəf əhəmiyyətli siyasi güzəştlər olmadan mübahisənin qanuni həlli üçün bir plan təqdim etməyə hazır deyil. Həm Yunanıstan, həm də Türkiyə millətçi gündəmə üstünlük verirlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Bu gün, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Bu gün, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Bu gün, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Bu gün, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Bu gün, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Bu gün, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Bu gün, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Bu gün, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Bu gün, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Bu gün, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Bu gün, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Bu gün, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Bu gün, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Bu gün, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Bu gün, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Bu gün, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11 |
|
|
|
• Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03 |
|
|
|
|