Rusiyada etirazların növbəti dalğası: - Müşahidəçilər “tunelin sonunda işıq” görmürlər
Tarix: 4-02-2021, 10:52 | Çap et
Yanvarın 31-də Rusiyanın paytaxtı Moskva və digər böyük şəhərlərdə növbəti dəfə etiraz aksiyaları keçirilib. Aksiyada yanvarın 17-dən həbsdə saxlanılan müxalifət lideri Aleksey Navalnının azad edilməsi tələb olunub. Kütləvi etiraz aksiyaları zamanı 3 mindən çox adam saxlanılıb.
Maraqlı məqam, aksiyaların müxalifət lideri Aleksey Navalnının Rusiyaya gəlməsi ilə yanaşı, həm də ABŞ-ın yeni Prezidenti Co Baydenin hakimiyyətə gəlməsi ilə üst-üstə düşməsidir. Əbəs yerə deyil ki, Rusiya Xarici İşlər Nazirliyi (XİN) hər iki kütləvi etiraz aksiyalarından sonra ABŞ-ı Rusiyanın daxili işlərinə qarşımaqda ittiham edib və hətta ABŞ-ın Rusiyadakı səfiri XİN-ə çağırılaraq xəbərdarlıq edilib.
Qeyd edək ki, Moskvanın Simonovski Şəhər Məhkəməsi Navalnının "İv Roşe" işi üzrə şərti cəzasını ləğv edərək, onu 3,5 illik real həbs cəzası ilə əvəz edib. Bundan sonra etirazlar başlayıb və Rusiya OMON dəstələri küçələrə yeridilib.
Rusiyadakı etirazların ABŞ-la əlaqəsi mümkündürmü? Həmçinin, etirazların yeni dalğası başlaya bilərmi?
Mövzunu AYNA-ya dəyərləndirən politoloq Nurlan Qələndərlinin sözlərinə görə, son zamanlar beynəlxalq arenada, daha dəqiq desək, ayrı-ayrı regionlarda baş verən kataklizmlər, mürəkkəb siyasi proseslər dünyanın geostrateji mənzərəsində müəyyən dəyişikliklərə səbəb olub: “Təbii ki, bu proses yeni deyil və XXI əsrin ilk onilliyindən günümüzə qədər davam etməkdədir. Müxtəlif rəngli inqilablar, qiyamlar və çevrilişlər, “ərəb baharı” adlanan dağıdıcı proseslər, həmçinin lokal etiraz aksiyaları bu kontekstdə xüsusi qeyd edilməlidir. Şübhəsiz, qlobal müstəvidə güc mərkəzləri arasındakı rəqabət və qarşıdurma mühiti bu cür proseslərin davamlılığını şərtləndirən faktor kimi çıxış edir. Beynəlxalq mətbuatın son zamanlar Rusiyada baş verən prosesləri - etiraz aksiyalarını bu qəbildən olan hadisələr sırasına aid etməsi də təsadüfi xarakter daşımır”.
“Rusiya dünya siyasəti və beynəlxalq münasibətlər sistemində mühüm təsir imkanlarına malik olan dinamik aktor-aparıcı güc mərkəzlərindən biridir. Ona görə də bu dövlətlə geostrateji rəqabət, nüfuz dairələri - təsir zonaları uğrunda mübarizə aparan güc mərkəzləri vaxtaşırı müəyyən həmlələr edir. Bu səbəbdən Rusiyada hazırda cərəyan edən proseslərdə xarici dairələrin rolu istisna olunmur. Burada məqsəd qısamüddətli ekstremal şərait formalaşdırmaq, sabitlik və təhlükəsizliyə real təhdid vasitəsilə müəyyən mesajlar verməkdir. Əsas strateji hədəf isə bu güc mərkəzini müəyyən geosiyasi güzəştlərə məcbur etməkdir”, - Qələndərli bildirib.
Politoloq sözügedən etiraz aksiyalarının, ictimai-siyasi konfrontasiyanın uzunmüddətli olmayacağını düşünür: “Bu, qısamüddətli prosesdir və hər hansı bir ciddi siyasi dəyişikliyə səbəb olmayacaq. Bəzi ekspertlər bu prosesləri, hətta sosial və iqtisadi məsələlərlə birbaşa əlaqələndirirlər. Amma bu, qeyd etdiyim kimi, daha çox geosiyasi faktorlarla bağlıdır və siyasi pressinq xarakteri daşıyır. Hadisələrin eskalasiya edəcəyinə, bölgəyə sıçrayacağına dair proqnoz verən analitiklərin əksinə olaraq düşünürəm ki, indi bu ölkə daxilində müşahidə olunan proseslər müəyyən müddətdən sonra zəifləyəcək. Olayların “domino effekti” ilə regionda yayılması - daha geniş coğrafiyanı əhatə etməsi isə gözlənilmir”.
Siyasi şərhçi İlyas Hüseynov da AYNA-ya açıqlamasında deyib ki, Rusiyada baş verən etirazlar məlum olduğu kimi, iqtidarın səlahiyyətlərini təhvil verməsi və müxalifət lideri Aleksey Navalnının azadlığa buraxılması ilə bağlıdır: “Lakin iğtişaşların ikinci mərhələsində artıq etirazçıların sayının nisbətən azaldığını və küçələrdə azyaşlıların müşahidə olunmadığını gördük. Eyni zamanda, Rusiyanın Xarici İşlər Nazirliyi hakimiyyət əleyhinə olan etiraz aksiyalarında ABŞ-ın əlinin olduğunu iddia etdi və ABŞ-da Demokratların hakimiyyətə gəlməsi və Co Baydenin Prezident seçilməsindən sonra Rusiyada kütləvi etirazların başlaması arasında müəyyən əlaqənin olduğunu və bunu Rusiyanın daxili işlərinə qarşımaq kimi dəyərləndirdi”.
“Çünki Rusiya siyasi arenasında Navalnının “Qərb layihəsi” olması ilə bağlı çıxışlar olsa da, aksiyaları qızışdıran həm də Navalnının böyük qalmaqala səbəb olan araşdırmaları olmuşdu. Navalnı araşdırmaçı jurnaslit olmaqla yanaşı, həm də müxalifət ldieridir. Etirazçılar da bu araşdırmalardan ilhamlanaraq etiraz dalğasını daha da genişləndirməyə başladılar. Lakin bu etirazların hansısa nəticəsinin olacağını düşünmürəm”, - deyə analitik vurğulayıb.
“Rusiyada belə aksiyaların dağıdılması normal hal kimi görünür və geniş vüsət almayacağını da proqnozlaşdırmaq olar. Çünki hüquqi dövlətlərdə bu cür addımlar destruktiv qüvvələrin müdəxiləsi kimi anlaşılır və Rusiyanın hərbi və siyasi cəhətdən qüdrətli dövlət olduğunu da nəzərə alsaq, dövlətçiliyə təthid yaradan halların qarşısını almaqda uğurlu görsənir. Navalnının həbsi də buna işarədir və bununla bağlı yekun qərarı Rusiya hüquq mühafizə orqanları verib. Lakin ABŞ iqtidarının da proseslərdən müəyyən siyasi təzyiq vasitəsi kimi istiafdə edə biləcəyini gözləmək olar”, - Hüseynov əlavə edib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Bu gün, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Bu gün, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Bu gün, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Bu gün, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Bu gün, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Bu gün, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Bu gün, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Bu gün, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Bu gün, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Bu gün, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Bu gün, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Bu gün, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Bu gün, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Bu gün, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Bu gün, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Bu gün, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11 |
|
|
|
• Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03 |
|
|
|
|