Səudiyyə Ərəbistanı 20 ölkəni müvəqqəti "qara siyahı"ya əlavə etdi
Tarix: 3-02-2021, 08:10 |
Çap et
Səudiyyə Ərəbistanı yeni növ koronavirus (COVİD-19) pandemiyası səbəbindən 20 ölkədən krallığa girişi müvəqqəti olaraq qadağan edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, krallığın Daxili İşlər Nazirliyinin bu barədə qərarı fevralın 3-ü saat 21:00-da qüvvəyə minir.
Bildirilir ki, müvəqqəti olaraq "qara siyahı"ya Argentina, Braziliya, Böyük Britaniya, Almaniya, Misir, Hindistan, İndoneziya, İrlandiya, İtaliya, Livan, BƏƏ, Pakistan, Portuqaliya, ABŞ, Türkiyə, Fransa, İsveç, İsveçrə, CAR və Yaponiya daxil edilib.