Tramp 4 ildən sonra yenidən prezident olmaq istəyir
Tarix: 2-12-2020, 09:42 |
Çap et
ABŞ-ın hazırkı Prezidenti Donald Tramp tərəfdarlarına builki seçkilərin yekunlarına əsasən vəzifədə qalmayacağı təqdirdə, 2024-cü il seçkilərində namizədliyini verəcəyinə eyham vurub.
Azvision.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Tramp Respublika partiyasının Milli Komitəsi üzvlərinin qarşısında çıxışı zamanı bildirib: "Çox gözəl bir dörd il oldu. Daha dörd il qalmağa çalışırıq. Olmasa, dörd ildən sonra görüşəcəyik".
Bundan əvvəl, Trampın 2024-cü ildə yenidən prezident vəsifəsinə namizədliyini irəli sürmək niyyəti müxtəlif KİV-lər tərəfindən qeyd olunub. “New York Times” qəzeti 2020-ci ildə rəqibi Cozef Baydenin qələbəsi təsdiqlənən kimi Trampın 2024-cü il seçkilərinə namizədliyini elan edə biləcəyini yazıb.
Tramp ilkin məlumatlara əsasən seçkilərdə üstünlük qazanan Baydenin qələbəsini qəbul etmir.