Əsas Səhifə > Dünya > Tramp 4 ildən sonra yenidən prezident olmaq istəyir
Tramp 4 ildən sonra yenidən prezident olmaq istəyir2-12-2020, 09:42 |
ABŞ-ın hazırkı Prezidenti Donald Tramp tərəfdarlarına builki seçkilərin yekunlarına əsasən vəzifədə qalmayacağı təqdirdə, 2024-cü il seçkilərində namizədliyini verəcəyinə eyham vurub. Azvision.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb. Tramp Respublika partiyasının Milli Komitəsi üzvlərinin qarşısında çıxışı zamanı bildirib: "Çox gözəl bir dörd il oldu. Daha dörd il qalmağa çalışırıq. Olmasa, dörd ildən sonra görüşəcəyik". Bundan əvvəl, Trampın 2024-cü ildə yenidən prezident vəsifəsinə namizədliyini irəli sürmək niyyəti müxtəlif KİV-lər tərəfindən qeyd olunub. “New York Times” qəzeti 2020-ci ildə rəqibi Cozef Baydenin qələbəsi təsdiqlənən kimi Trampın 2024-cü il seçkilərinə namizədliyini elan edə biləcəyini yazıb. Tramp ilkin məlumatlara əsasən seçkilərdə üstünlük qazanan Baydenin qələbəsini qəbul etmir. Geri qayıt |