Koronavirus dərmanının ölümcül təhlükəsi üzə çıxdı - Diqqət!
Tarix: 18-09-2020, 08:21 |
Çap et
COVID-19-a yoluxma zamanı ağırlaşmalarla mübarizə üçün istifadə olunan "Azitromitsin" antibiotiki digər başqa preparatla birgə istifadə zamanı ürəktutmasına səbəb ola bilər.
"Report" "JAMA Network Open" jurnalına istinadən xəbər verir ki, belə nəticəyə Çikaqodakı İllinoys Universitetinin alimləri gəliblər.
Mütəxəssislər 44 milyondan çox pasiyent haqqında məlumatları öyrəniblər və müvafiq olaraq “Amoksisillin” və “Azitromitsin”i qəbul etmiş qrupların nəticələrini müqayisə ediblər. “Azitromitsin” və ürəyin elektrik impulslarına təsir edən dərmanların birgə istifadəsinin huşitirmə, sürətli ürək döyüntüsü və hətta ürək tutması kimi xəstəliklərin yüzdə qırx faiz artımı ilə əlaqəli olduğu ortaya çıxıb. Bu preparatlara qan təzyiqi dərmanları, antidepresantlar, malyariya əleyhinə dərmanlar və opioidlər daxildir.
Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 30 milyonu ötüb, 21 814 429 nəfər sağalıb, 945 099 nəfər isə virusdan ölüb.