Tramp ABŞ-da COVID-19 peyvəndinin oktyabrda paylanacağını bildirib
Tarix: 17-09-2020, 08:35 |
Çap et
Prezident Donald Tramp ABŞ-da COVID-19-a qarşı peyvəndin oktyabr ayında paylanacağını bildirib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, ABŞ lideri bu barədə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, peyvəndlərin çox etibarlı və ədalətli şəkildə paylanmasına hazır olduqlarını qeyd edib: “COVID-19 əleyhinə peyvəndlərin paylanmasına oktyabr ayında başlaya bilərik. Düşünürəm ki, bu oktyabrın ortalarından, bəlkə də bir az sonra baş tutacaq”.
Trampın sözlərinə görə, ABŞ-da 2020-ci ilin sonunadək 100 milyona qədər vaksinin paylanmasına hazırlıq görülüb.