"Bədənimin hissələrə bölünməsi ilə təhdid olundum" - Belarus müxalifət lideri
Tarix: 10-09-2020, 18:35 |
Çap et
Belarusda qaçırıldığı iddia edilən və daha sonra Ukrayna sərhədində tutulan müxalifət liderlərindən biri Maria Kolesnikovanın ilk ifadəsi ortaya çıxıb.
“MediaPost” xəbər verir ki, Kolesnikova onu qaçıran şəxslərin Belarusun hüquq-mühazifə orqanı əməkdaşları olduğunu iddia edib.
O, həyatının təhlükə altında olduğunu və buna görə narahatlıq keçirdiyini dilə gətirib: "Belarusdan könüllü olaraq getməsəm, sağ və ya parçalanmış halda ölkədən çıxarılacağımı dedilər. 25 il həbs cəzası alacağımla bağlı təhdidlər də aldım".
Kolesnikovanın vəkili Dövlət Təhlükəsizlik Komitəsi də daxil olmaqla Belarus rəsmiləri haqqında məhkəmə iddiası qaldırdıqlarını qeyd edib.