Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu .....                     Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... .....                     Zəngəzur məsələsi həllini tapır .....                     Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar .....                     Finlandiyadan Azərbaycanla bağlı qərar: .....                     "Nə qorxu? .....                     Ermənistan hərəkətlərində səmimi deyil .....                     `UniBank` müştərilərdən qanunsuz pul tələb edir .....                     Vəzifəli şəxs qəfil vəfat etdi .....                     Ev verildiyi deyilən deputat DANIŞDI: .....                     “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... .....                     "Siqaret və içkidən uzağam, amma gecələr..." .....                     Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... .....                     Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! .....                     Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır .....                     İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır .....                     İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? .....                     Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı .....                     Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... .....                     Universiteti BAZARA DÖNDƏRƏNLƏR... .....                     Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır .....                     “BİZİ HƏR İL ALDADIRLAR” .....                     Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub .....                     Tbilisidə keçirilən aksiyalarda .....                     Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar .....                     “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam .....                     İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… .....                     Qərb Gürcüstanın daxili məsələlərinə qarışır .....                     Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” .....                     Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi .....                     “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” .....                     Zelenski AĞ BAYRAQ qaldırdı? .....                     “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür .....                     Yolumuz Qarabağa: “İcazəsiz?” .....                     Həm Prezidentə, həm də Qərbə əlvida .....                     SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? .....                     Putin Trampa görə qəzəbləndi: .....                     Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? .....                     Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı .....                 

"Əgər Rusiya Navalnı hadisəsini özü araşdırmırsa..."
Tarix: 8-09-2020, 08:39 | Çap et
"Əgər Rusiya Navalnı hadisəsini özü araşdırmırsa..."
Rusiya Korrupsiya ilə Mübarizə Fondunun qurucusu, müxalifətçi Aleksey Navalnının zəhərlənməsi ilə bağlı ciddi ittihamlar qarşısındadır və əgər rəsmi Moskva açıqladığı kimi bu hadisədə əlinin olmadığını sübut edə bilməzsə, Qərbin və Amerikanın ciddi sanksiyaları ilə üzləşə bilər.

Son olaraq, Almaniyanın xarici işlər naziri Heiko Maas Almaniyanın “Bild” qəzetinə verdiyi açıqlamasında “Əgər yaxın günlərdə Rusiya nələrin baş verdiyini aydınlaşdırmağa kömək etməsə, müttəfiqlərimizlə ona veriləcək cavabı müzakirə etməli olacağıq”-deyib.

«Eurasia Diary» xəbər verir ki, bazar günü Heiko Maas, ciddi ittihamlar səsləndirərək Almaniyanın Aleksey Navalnının zəhərlənməsinin arxasında Rusiyanın dayandığına dair “bir neçə sübutu”nun olduğunu söyləyib. “Navalnının zəhərləndiyi ölümcül maddə əvvəllər Rusiya səlahiyyətlilərinin əlində tapılıb.

“Yalnız az sayda insanın «Noviçok»u əldə etmək imkanı var və bu zəhər Rusiya xüsusi xidmət orqanları tərəfindən keçmiş agent Sergey Skripala qarşı hücumda istifadə edilib”, o, 2018-ci ildə İngiltərənin Solsberi şəhərində törədilən sui-qəsd aktına işarə edərək deyib.

Məlumata görə, Birləşmiş Ştatlar da rusiyalı müxalifətçi Aleksey Navalnı ilə bağlı vəziyyəti diqqətlə araşdıracaq. Bu açıqlama ilə ABŞ prezidenti Donald Tramp çıxış edib və bu məsələyə çox ciddi baxacaqlarını bildirib. Ağ Ev başçısı qeyd edib ki, hələlik onda Rusiyanın Navalnının zəhərlənməsi məsələsi ilə əlaqəsinin ola biləcəyinə dair sübut yoxdur. Eyni zamanda Tramp bildirib ki, əgər Rusiyanın hadisədə iştirakı aşkarlansa, o, “çox qəzəblənəcək”.

Britaniyanın baş naziri Boris Conson Aleksey Navalnının zəhərlənməsi üçün məsuliyyət daşıyanların cəzalandırılmasını təmin edəcəyini vəd edib. O, Rusiyanın aparıcı müxalifət liderlərindən birinə qarşı kimyəvi silahdan istifadə olunmasını hiddət doğuran hadisə adlandırıb. Baş nazir deyib ki, Rusiya hökuməti Navalnının başına nə gətirildiyini izah etməlidir.

Sentyabrın 2-də ABŞ milli təhlükəsizlik şurasının nümayəndəsi Con Ulliot Rusiyanı sinir sistemini iflic edən “Noviçok” maddəsindən dəfələrlə istifadədə ittiham edib. O bildirib ki, Navalnının zəhərlənməsində iştirakı olanlara qarşı sanksiyalar tətbiq ediləcək.

Almaniya hökuməti bildirir ki, Rusiya müxalifət lideri Aleksey Navalnının qan nümunələrinin analizi onun qanında “Noviçok” qrupundan olan sinir-iflic zəhərinin mövcudluğunu göstərib.

Qeyd edək ki, Navalnı avqustun 20-də Sibirdən Moskvaya uçarkən yolda özünü pis hiss etmiş və təyyarə Omsk şəhərində təcili eniş etməli olmuşdu. Müxalifətçi Omsk xəstəxanasında iki gün qaldıqdan sonra Almaniyaya təxliyə edilmişdi. 44 yaşlı Navalnı hələ də Berlindəki “Charite” xəstəxanasının reanimasiya şöbəsində süni yaradılmış tibbi koma vəziyyətindədir. Almaniya bildirib ki, son qan analizinin nəticələri ilə bağlı Rusiyanın bu ölkədəki səfirindən izahat tələb edəcək.

Bəs görəsən, bu hadisələrin nəticəsi olaraq, Rusiya Qərb dövlətlərinin ciddi sanksiyaları ilə üzləşə bilərmi?

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu artıq Rusiyanın ittiham olunduğu neçənci belə zəhərlənmə hadisəsidir: “Birinci dəfə deyil ki, belə bir hadisə baş verir. Müxtəlif zəhərlənmə hadisələri bu illərdə çox olub. Xarici ölkələrdə yaşayan keçmiş Rusiya kəşfiyyatçılarından Aleksandr Litvinenko zəhərləndi, Sergey Skripal zəhərlə öldürüldü, Boris Nemtsov müəmmalı şəkildə Kreml divarları yaxınlığında qətlə yetirildi. İndi də Aleksey Navalnının zəhərlənməsində Rusiya ittiham olunur. Bundan əvvəl Boris Berezovski çox müəmmalı şəkildə Londondakı evində ölü tapılmışdı. Hər dəfə Qərb bu ölümlərdə Moskvanı şübhəli bilir və müəyyən sanksiyalar da tətbiq edir”.

Politoloq onu da vurğuladı ki, Rusiyanın bu hadisəni araşdırmaqda maraqlı olmaması da bu ölkənin zəhərlənmə hadisəsində əli olduğunu göstərir: “Rusiya məsələlərdə əli olmadığını iddia edir. Ancaq maraqlısı odur ki, Rusiya bu məsələlərin ona aidiyyəti olmadığı halda Qərbin sanksiyaları ilə üzləşdiyini görürsə, məntiqlə özü hadisəni araşdırmalıdır. Əgər baş verənlər Rusiyaya qarşı bir iftira və ya təxribatdırsa, özü araşdırsın. Əgər araşdırmırsa, bir komissiya yaratmırsa, o zaman bu iddialar əsaslıdır. Qərbdə Navalnının Rusiya tərəfindən zəhərlənməsi tam təsdiqini taparsa, növbəti sanksiyalar barədə qərar qəbul edilə bilər”.

E.Şahinoğlu hesab edir ki, baş verənləri gözdən keçirsək, Rusiya hakimiyyətini heç bir sanksiya narahat etmir: “Əgər Rusiya sanksiyalardan narahat olsaydı, Krımı ilhaq etməzdilər, Dombasda separatçılara dəstək verməzdilər, bu cür zəhərlənmələr də baş verməzdi. Görünür, Rusiya hökuməti özünə arxayındır, həm bu cür zəhərlənmə halları davam edir, həm də sanksiyalardan çəkinmirlər. Düşünürlər ki, sanksiyaların onların iqtisadiyyatına heç bir təsiri olmayıb. Halbuki Rusiya iqtisadiyyatında vəziyyət ürəkaçan deyil. Böyük şəhərləri çıxmaq şərtilə bölgələrdə vəziyyət pisdir. Ancaq Rusiya düşünür ki, onların kifayət qədər valyuta rezervləri də var, bu sanksiyalar ona təsir etməyə bilər, bu halda da öz siyasətini davam etdirə bilər”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38
Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36
Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34
Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26
Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24
"Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22
Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21
`UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14
Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01
Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59
“Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56
"Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51
Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:50
Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48
Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46
İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45
İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43
Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41
Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35
Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29
Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21
“BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19
Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08
Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01
Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57
Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55
“Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29
Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43
Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36
“Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30
Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26
“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22
Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17
Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07
SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04
Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32
Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29
Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02
Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58
"Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00
Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58
Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49
“Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43
Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41
Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36
Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31
İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru