Türkiyə və Yunanıstan NATO-da görüşlərin keçirilməsi üçün razılıq veriblər
Tarix: 4-09-2020, 08:02 |
Çap et
“Türkiyə və Yunanıstan liderləri ilə apardığım danışıqların nəticəsi olaraq, iki ölkə Şərqi Aralıq dənizində hərbi qarşıdurmanın önünü almaq və hadisələrin riskini azaltmaq üçün NATO-da texniki görüşlərin keçirilməsi məqsədilə razılıq veriblər”.
“Report” xəbər verir ki, bu sözlər NATO-nun baş katibi Yens Stoltenberqin yazılı açıqlamasında əksini tapıb.
Türkiyə və Yunanıstanı “iki mühüm müttəfiq” olaraq dəyərləndirən baş katibi NATO-nun ortaq təhlükəsizliyə təsir edən məsələlər üçün mühüm müşavirə platforması olduğunu diqqətə çatdırıb. Bildirib ki, NATO həmrəylik üçün gərginlikləri həll etmək məqsədilə bütün müttəfiq ölkələrlə yaxın təmaslarda qalmaqda davam edəcək.