ABŞ COVID-19 vaksini üzrə beynəlxalq təşəbbüslərə qoşulmayacaq
Tarix: 2-09-2020, 09:04 |
Çap et
Birləşmiş Ştatlar koronavirusa qarşı vaksinin hazırlanması və yayılması üzrə beynəlxalq təşəbbüslərdə iştirak etməyəcək, çünki bu təşəbbüs Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə bağlıdır.
“Report” xəbər verir ki, bu barədə "İnterfaks" bildirib.
Məlumata görə, Ağ Evin mətbuat katibi Jadd Dir ÜST-ü korrupsiyalaşmış təşkilat adlandırıb.
O, həmçinin bildirib ki, ABŞ koronavirusla mübarizə üçün beynəlxalq partnyorları cəlb etməyə davam edəcək.
Ağ Evin mətbuat katibinin sözlərinə görə, ABŞ prezidenti ölkənin Səhiyyə Nazirliyinin standartına zəmanət vermək üçün istənilən yeni vaksinin uyğunluğunun təhlükəsizlik və effektivliyi üzrə vəsaitlərinə təəssüf etməyəcək.