Almaniya Navalnı işinə görə Rusiyaya qarşı sanksiya tətbiq edə bilər
Tarix: 29-08-2020, 07:15 |
Çap et
“Əgər Berlin rusiyalı müxalifət lideri Aleksey Navalnının xəstəxanaya yerləşdirilməsinin səbəbkarının Moskva olması qənaətinə gəlsə, Almaniya Rusiyaya qarşı diplomatik sanksiyalar tətbiq etməyə hazırdır”.
APA “Reuters”ə istinadən xəbər verir ki, bu sözləri Almaniyanın Xarici İşlər naziri Hayko Maas səsləndirib.
“Rusiyanın Navalnı hadisəsində əməkdaşlığa hazır olmasına gəlincə, biz Tirqartendəki qətl hadisəsində olduğu kimi davranacağıq”, - deyə alman nazir bildirib.