ABŞ Çinlə biznesi dayandıra bilər
Tarix: 24-08-2020, 09:21 |
Çap et
Prezident Donald Tramp, ABŞ-ın hansısa bir vaxtda Çin ilə biznesi tamamilə dayandıra biləcəyini istisna etməyib.
Azvision.az xəbər verir ki, bunu ABŞ lideri “Fox News”a deyib.
“Məndən ABŞ-la Çinin iqtisadi əlaqələrini dayandırmaq, Çinlə biznesi kəsməyə hazır olub-olmamağımla bağlı soruşursunuz. Bu, çox maraqlı bir sualdır, çünki indiyə qədər Çindən heç bir şey almamışıq, yalnız pul itirmişik. Onlar bizimlə düzgün davranmırlar. Bu barədə düşünəcəyəm”, - Tramp bildirib.