Bayden ABŞ prezidentliyinə namizəd olmağa razılıq verdi
Tarix: 21-08-2020, 08:49 |
Çap et
Cozef Bayden ABŞ prezidentliyinə Demokrat namizəd olaraq namizəd olmağa razıdır.
"Report" TASS-a istinadən xəbər verir ki, o, bunu Miluokidə onlayn formatda keçirilən partiya qurultayında söyləyib.
Baydenə görə, indi ABŞ-da hazırkı Amerika lideri Donald Trampın xarakterində "həddindən artıq qəzəb, qorxu, eyni zamanda fikir ayrılığı var". Əgər mənə prezident seçsəniz, mən sizə xoşbəxt gələcək bəxş edəcəm. Böyük fəxr və məmnuniyyətlə ABŞ prezidentliyinə namizəd olmaq təklifini qəbul edirəm"- Bayden deyib.
Qeyd edə ki, Demokratlar Partiyası Baydeni ABŞ prezidentliyinə namizəd kimi təsdiqləyib.
ABŞ-da prezident seçkiləri noyabrın 3-nə təyin edilib. Tramp respublikaçılardan namizəd olacaq.