Kuba koronavirusa qarşı peyvəndin klinik sınaqlarına başlayacaq
Tarix: 20-08-2020, 08:05 |
Çap et
Kubanın Finlay İnstitutu tərəfindən koronavirusa qarşı hazırlanmış "Soberana 01" adlı potensial peyvəndin gələn həftə klinik sınaqlarına başlanılacaq.
APA Reuters-ə istinadən xəbər verir ki, sözügedən peyvəndin sınaqları 19-80 yaş arasında 676 nəfər üzərində aparılacaq. Tədqiqatın yanvarın 11-də başa çatacağı bildirilir.
Qeyd edək ki, 11 milyon əhalisi olan Kubada koronavirusdan 88 nəfər ölüb. Mart ayından bəri 3482 yoluxma hadisəsi qeydə alınıb.