Kürdüstan əyalətinin parlamenti Bərzanidən istefa tələb edib
Tarix: 18-10-2017, 10:27 |
Çap et
İraqın Kürdüstan parlamentinin rəyasət heyəti Məsud Bərzanidən istefa verməsini tələb edib.
SalamNews İraq mətbuatına istinadən xəbər verir ki, Məsud Bərzaninin son qərarları ilə razılaşmadıqlarını bildirən parlament üzvləri, onun istefasını tələb ediblər və Bərzaninin istefaya getməsini "kürd xalqına xidmət" adlandırıblar.
Parlament üzvlərindən Yusif Muhəmməd bununla bağlı açıqlama verərək deyib: “Kürd partiyaları birmənalı olaraq referendum qərarına qarşı olduqlarını bildirib və bunun bölgədə münaqişələrə səbəb olduğunu vurğulayıblar. Biz Məsud Bərzanidən istefa verməsini tələb edirik”.