İŞİD terrorçuları Kərkükün 2 kəndini ələ keçirib
Tarix: 17-10-2017, 08:52 |
Çap et
İŞİD terror təşkilatının silahlıları Kərkükün şimal-qərbdə yerləşən iki kəndi dünən gecə ələ keçiriblər.
FaktXəbər bildirir ki, bu barədə İraqın “Əs-Sumariyə” telekanalı məlumat verib.
Ələ keçirilən kəndlər Kərkük şəhərini kürd muxtariyyətinin paytaxtı Ərbillə birləşdirən yolda yerləşir. Yeri əhali artıq yaşayış məntəqələrini tərk edib
Telekanalın məlumatına görə, terrorçuların kəndi ələ keçirməsi gözlənilməz olub. Onlar peşmərgələrin kəndən çıxması zamanı yaranmış boşluqdan istifadə ediblər.
Qeyd edək ki, ötən gecə kürd peşmərgə dəstələrinin nəzarəti altında olan ərazilərə daxil olan İraq və "Həşdi-Şabi" ordusu Kərkük vilayətində strateji mövqelərə - neft yataqlarına, hərbi bazalara və vilayət mərkəzinə nəzarəti ələ keçirib.