Qırğızıstanın yeni prezidenti məlum oldu
Tarix: 16-10-2017, 10:03 |
Çap et
FaktXəbər-in verdiyi məlumata görə, Qırğızıstanda keçirilən prezident seçkilərində "Sosial Demokrat" Partiyasının namizədi Soronbay Cenbekov qalib olub. Bu barədə ictimaiyyətə ölkənin Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Nurjan Şaildabekova məlumat verib.
O, elan edib ki, prezident seçkilərinin ilk turunda, sosial demokratların namizədi hamını üstələməyi bacarıb. Şaildabekova Bişkekdə keçirdiyi mətbuat konfransında bildirib ki, ölkə daxilində seçki qutularının 97 faizi açılıb və seçicilərin 55,93%-i Soronbay Cenbekova səs verib.
Onun rəqiblərindən "Respublika" Partiyasının qurucu lideri Ömürbek Babanov 33,47 faiz, "Bütün Qırğızıstan" Partiyası lideri Adahan Madumarov 6,41 faiz, "Ak Şumkar" Partiyasının lideri Temir Sariyev isə 2,54 faiz səs toplaya bilib.
Şaildabekova həmçinin qeyd edib ki, Qırğızıstanda keçirilən prezident seçkiləri ilə bağlı yekun nəticələr 20 gün müddətində açıqlanacaq.