Rusiya bu şəhərin İŞİD-dən alınması uğrunda əməliyyata başladı
Tarix: 10-10-2017, 10:24 |
Çap et
Rusiyanın Suriyadakı aviasiyası Məyadin şəhəri yaxınlığında İŞİD mövqelərinə sutka ərzində 150 zərbə endirib.
Avropa.info xəbər verir ki, bu barədə Rusiya ordusunun rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.
“Hal-hazırda İŞİD böyük forpostlarından biri, Deyr-əz-Zordan 40 km cənub-şərqdə yerləşən Məyadin yaşayış məntəqəsinin azad olunması uğrunda əməliyyat keçirilir. Fərat çayında terrorçulara qarşı sərt müqavimət zəifləmir” – açıqlamada belə deyilir.
Konaşenkovun sözlərinə görə, Rusiya kəşfiyyatı Məyadinə İraqdan Suriyaya keçmiş yeni İŞİD üzvlərinin göndərilməsini qeydə alıb.