Türkiyənin azad etməyə hazırlaşdığı tarixi şəhər
Tarix: 9-10-2017, 08:25 |
Çap et
Suriyanın İdlib şəhəri Türkiyə üçün strateji önəm kəsb edir.
Axar.az xəbər verir ki, bu sözləri türkiyəli tarixçi və siyasi ekspert Enes Dəmir Mərd “Kanal 24”ə açıqlamasında deyib.
“İdlib Suriyanın 13 şəhərindən biridir. Böyük ərazidir. Bir neçə mahal İdlibdə birləşir. Məlum olduğu kimi, İdlib 1516-cı ildə Yavuz Sultan Səlimin Suriya yürüşündən sonra Osmalı imperiyasının tərkibinə daxil edilir. O zaman Hələb vilayətinin bir qəzası olur və 402 il boyunca Osmanlının tərkibində qalır. I Dünya müharibəsi zamanında Mudros müqaviləsinə 1 həftə qalmış cənubdan gələn çöl ərəbləri İdlibin bir hissəsini ələ keçirir. Mudros müqaviləsində isə İdlib türk əsgərinin qoruduğu sərhəd zonası olaraq qeyd edilir. Belə ki, 1918-ci ili noyabrın 3-də “İldırım orduları”nın komandanı Mustafa Kamal Paşa II və VII korpuslara göndərdiyi əmrdə türk ordusunun müdafiə xəttinin Latakiyanın cənubundan, yəni İdlibin cənubundakı Xan Şeyhun bölgəsindən keçdiyini bildirilir. Nəticədə bu da Suriyanın şimalı sayılır. Bu əmr eyni zamanda sonradan elan edəcəyimiz “Misaki Milli”nin ilk açıqlaması da sayıla bilər”, - ekspert bildirib.
Xatırladaq ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ordunun Suriyanın İdlib şəhərindəki əməliyyatlara qatılmağa hazır olduğunu bildirmişdi.