Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar .....                     Finlandiyadan Azərbaycanla bağlı qərar: .....                     "Nə qorxu? .....                     Ermənistan hərəkətlərində səmimi deyil .....                     `UniBank` müştərilərdən qanunsuz pul tələb edir .....                     Vəzifəli şəxs qəfil vəfat etdi .....                     Ev verildiyi deyilən deputat DANIŞDI: .....                     “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... .....                     "Siqaret və içkidən uzağam, amma gecələr..." .....                     Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... .....                     Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! .....                     Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır .....                     İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır .....                     İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? .....                     Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı .....                     Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... .....                     Universiteti BAZARA DÖNDƏRƏNLƏR... .....                     Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır .....                     “BİZİ HƏR İL ALDADIRLAR” .....                     Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub .....                     Tbilisidə keçirilən aksiyalarda .....                     Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar .....                     “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam .....                     İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… .....                     Qərb Gürcüstanın daxili məsələlərinə qarışır .....                     Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” .....                     Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi .....                     “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” .....                     Zelenski AĞ BAYRAQ qaldırdı? .....                     “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür .....                     Yolumuz Qarabağa: “İcazəsiz?” .....                     Həm Prezidentə, həm də Qərbə əlvida .....                     SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? .....                     Putin Trampa görə qəzəbləndi: .....                     Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? .....                     Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı .....                     Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür .....                     Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır .....                     "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." .....                 

Rusiya Türkmənistanı itirmək istəmir
Tarix: 4-10-2017, 09:00 | Çap et
Rusiya Türkmənistanı itirmək istəmir
Rusiya prezidenti Vladimir Putin sonuncu dəfə 2012-ci ildə ayaq basdığı Türkmənistana rəsmi dövlət səfəri edib. Rusiya nəşrləri yazır ki, səfər türkmən lideri Qurbanqulu Berdıməhəmmədovun təşəbbüsü ilə reallaşıb. Uzun illərdir ki, ağır sosial, maliyyə və iqtisadi böhran vəziyyətində olan Türkmənistan Rusiya ilə ciddi problemlər yaşayır. Məsələ ondadır ki, Türkmənistanın qaz ixracında monopoliya uzun illər Rusiyanın "Qazprom” şirkətinin əlində cəmləşib. Belə ki, "Qazprom” türkmən qazının yeganə alıcısı olduğundan Aşqabad tədarük etdiyi qazı başqa ölkəyə sata bilmirdi. Bu monopoliya ona gətirib çıxardı ki, yekunda Rusiyanın qaz nəhəngi türkmənlərdən qaz almaq istəmədi. Bu da ölkəni yeganə gəlir mənbəyindən məhrum etdi. Düzdür, Rusiya ilə yanaşı, İran və Çin də türkmən qazının alıcıları sırasındadır. Lakin məsələ ondadır ki, Türkmənistan hər iki ölkədən kredit alıb və indi də onları ödəyir. Yəni, adları çəkilən ölkələr Aşqabada nağd pul vermir. Bütün bunlar da Türkmənistan iqtisadiyyatını ağır duruma salıb. Rəsmi Aşqabad çıxış yolunu Qərblə əməkdaşlıqda görərək, Avropa strukturları ilə danışıqlara başlasa da, hələlik nəticə yoxdur. Bu səbəbdən də ümid yenə ruslara qalıb. Rusiyanın da qaza marağı azalıb və diqqəti başqa sahəyədir. Bu da daha çox əfqan və Xəzər istiqamətlərində öz təhlükəsizliyini təmin etməkdir.

Prezidentlərin görüşündə də bu məsələ diqqət mərkəzində olub. İki ölkənin liderləri əvvəlcə strateji tərəfdaşlıq barədə sazişə imza atıblar. Bu o deməkdir ki, ölkələr arasında qarşılıqlı münasibətlər inkişaf edəcək. Bu iki keçmiş sovet respublikası arasındakı münasibətlərə zaman-zaman fikir ixtilafları kölgə salıb. V.Putin iki ölkə arasında ticarət həcmlərinin 2016-cı ildə azaldığından gileylənib və bu mənfi meylin yaxın gələcəkdə aradan qalxacağına ümid ifadə edib. Öz növbəsində Berdıməhəmmədov deyib ki, onun ölkəsi Rusiya ilə qarşılıqlı əməkdaşlığa hazırdır. Bunu da bildirib ki, o, "Rusiyanın Əfqanıstandakı hadisələrə müdaxiləsinin əhəmiyyətini yüksək qiymətləndirir”.

Görüşdə Xəzərin statusu ilə bağlı məsələ də gündəmdə olub. Qurbanqulu Berdıməhəmmədov deyib ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya sahilyanı ölkələrin dövlət başçılarının növbəti görüşündə razılaşdırıla bilər: "Ümid edirik ki, Xəzəryanı ölkələrin 5-ci sammitində Xəzərin hüquqi statusuna dair Konvensiya üzərində birgə işin yekunu nəzərdən keçiriləcək. Bu məsələ strateji əhəmiyyət daşıyır. Ümid edirəm ki, bütün sahilyanı ölkələr bu məsələnin həllinə tərəfdar çıxacaq”

"Nezavisimaya qazeta” yazır ki, ehtiyatlı xarici siyasət yürüdən rəsmi Aşqabad Mərkəzi Asiya regionunda baş verən hadisələr fonunda Rusiyaya söykənmək qərarına gəlib. İqtisadi və ticarət münasibətlərinin inkişafı ilə yanaşı, istisna deyil ki, hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində də müəyyən impuls əldə edə bilər. Q.Berdıməhəmmədov bəyan edib ki, Aşqabad Moskva ilə Mərkəzi Asiyada təhlükəsizliyin qorunub saxlanılmasında sıx əməkdaşlığa hazırdır, Rusiyanın bu regionda maraqlarına hörmətlə yanaşır. O, həmçinin Aşqabadın terrorizmlə mübarizə məsələsində birgə fəaliyyət göstərməyə hazır olduğunu vurğulayıb.

Rusiya prezidenti şəxsən türkmən həmkarına "Aleksandr Nevski” ordenini təqdim edib. Təqdimetmə zamanı maraqlı olay da yaşanıb. Diktor türkmən liderin atasının adını səsləndirə bilməyib. Pis vəziyyətə düşən Putin buna məhəl qoymayaraq, Berdıməhəmmədovun ordenini taxıb. "Arxadağ” ləqəbli Qurbanqulunun atasının adı elə də çətin tələffüz olunmur - Məlikqulu. Türkmən prezident də Putini mükafatsız qoymayıb. Rusiya prezidenti Türkmənistanın yeni təsis edilən "Əməkdaşlığın inkişafındakı xidmətlərinə görə” mükafatını alıb. V.Putin bu mükafatı alan ilk şəxs olub. Prezidentlər daha sonra iki sazişə imza atıblar – 2014-cü ildə başa çatan ikili vətəndaşlıq və iqtisadi əməkdaşlıq haqqında. İki ölkə arasında miqrasiyanın tənzimlənməsi məqsədilə paytaxtlarda təmsilçilik ofisləri açılacaq. İqtisadi əməkdaşlıq haqqında sazişə gəldikdə, burada söhbət türkmən qazının Rusiya tərəfindən yenidən alınmasından gedir. Belə ki, 2012-ci ildən Rusiya türkmən qazını almır. Məhz bu faktorların olmaması Moskvanın Aşqabad üzərində nüfuzunun itirilməsinə gətirib çıxarıb. 2016-cı ilin sonlarından vəziyyət bir qədər dəyişməyə başlayıb. Rusiya XİN rəhbəri Sergey Lavrov Aşqabada səfər etdi. Həmin dövrdə əfqan yaraqlılarının Türkmənistan sərhədlərini keçmək halları artmışdı və bu səbəbdən də rusiyalı nazir Aşqabada sərhədlərin möhkəmləndirilməsi köməyini təklif etmişdi. Lakin Q.Berdıməhəmmədov bu yardımdan imtina etmişdi. Türkmənistan onda ABŞ-la hərbi əməkdaşlıq edirdi və bu barədə heç nə deyilmirdi. Türkmən tərəfi Rusiyanın köməyindən imtinasını özünün neytral dövlət olması ilə əlaqələndirmişdi. Bu status ölkə ərazisində xarici ölkənin hərbi kontingentinin olmasını qadağan edir.

Mərkəzi Asiya və Yaxın Şərq üzrə ekspert Aleksandr Knyazyev bildirir ki, rəsmi Aşqabad uzun illərdir Rusiya rəhbərliyini türkmən qazını almağa inandırmağa çalışır: "İqtisadi nöqteyi-nəzərindən bu ixrac gərək deyil. Rusiya sadəcə siyasi maraqlar üzündən Berdıməhəmmədovun arzusunu yerinə yetirməyə hazırdır. O ki qaldı hərbi əməkdaşlığa - Aşqabad bu sahədə əsasən Ukrayna və Türkiyə ilə münasibətləri genişləndirməyə can atıb”.

"Lenta.ru” yazır ki, liderlər iki ölkə arasında ciddi və umu-küsü olan problemdən danışmayıblar. Putinin səfərindən cəmi bir neçə gün əvvəl Türkmənistanın dövlət telekommunikasiya şirkəti Rusiyanın ən böyük mobil telefon əməliyyatçısı MTS-in bu ölkədəki fəaliyyətini dayandırıb. MTS sentyabrın 29-da bildirmişdi ki, şirkət Türkmənistandakı fəaliyyətinin bərpa edilməsi məqsədilə rəsmi Aşqabadla danışıqlar aparır. Lakin nə Putin, nə də Berdıməhəmmədov oktyabrın 2-də keçirilmiş görüş zamanı bu münaqişədən söz açmayıblar.

Beləliklə, Putinin səfərinin hansısa bir müsbət nəticəsinin olub-olmadığını indidən söyləmək çətindir.
\\kaspi.az\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26
Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24
"Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22
Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21
`UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14
Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01
Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59
“Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56
"Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51
Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:50
Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48
Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46
İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45
İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43
Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41
Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35
Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29
Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21
“BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19
Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08
Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01
Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57
Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55
“Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29
Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43
Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36
“Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30
Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26
“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22
Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17
Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07
SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04
Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32
Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29
Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02
Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58
"Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00
Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58
Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49
“Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43
Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41
Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36
Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31
İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28
Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24
“Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21
Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru