Ukrayna Prezidenti Pyotr Poroşenko ilə Daxili İşlər naziri Arsen Avakov arasında olan qarşıdurma dövlət başçısının seçildiyi ilk gündən mövcuddur.
Axar.az xəbər verir ki, bunu millət vəkili Anton Geraşenko söyləyib. Onun sözlərinə görə, qarşıdurmanın əsas səbəbi təhlükəsizlik məsələlərinə və cinayət tədqiqatlarının aparılmasına fərqli yanaşmalarıdır:
“Pyotr Poroşenko hüquq-mühafizə orqanları üzərində bütün səlahiyyətləri öz əlində cəmləşdirmək istəyirdi”.
Bundan öncə Donetsk separatçılarının operativ komandanlığının komandan müavini Eduard Basurin Avakovun istefası nəticəsində dövlət çevrilişi edəcəyi barədə açıqlama vermişdi. Onun sözlərinə görə, Poroşenko ilə Avakov arasındakı ziddiyyətlərin ağırlaşması səbəbindən Daxili İşlər Nazirliyinin rəhbərliyindən bir sıra vəzifəli şəxslər işdən çıxarılıb, bəziləri isə təqib olunub.