Moskva Suriyada rusiyalı generalın ölümündə ABŞ-ı ittiham edib
Tarix: 26-09-2017, 10:13 |
Çap et
Suriyada terrorçular tərəfindən minaatanlardan açılan atəş nəticəsində həlak olan rusiyalı general Valeriy Asapovun öülümü ABŞ-ın bu ölkədə apardığı ikiüzlü siyasətin nəticəsidir. FaktXeber.com-un məlumatına görə, bu barədə RF XİN rəhbərinin müavini Serqey Ryabkov bəyan edib.
Ryabkovun sözlərinə görə, ABŞ-ın Deyr-əz-Zorda fəaliyyəti göstərir ki, bir sıra hallarda Vaşinqton üçün geosiyasi maraqlar elan olunan terrorla mübarizədən daha vacibdir.
Bununla belə nazir bəyan edib ki, RF hərbçiləri və ABŞ Deyr əz-Zorda vəziyyətlə bağlı intensiv əlaqədədirlər.
«Hərbi xətdə əlaqələr intensiv və müxtəlif səviyyəlidir», - deyə o, bəyan edib.
Xatırladaq ki, general-leytenant Valeri Asapov İŞİD terror təşkilatının minaatanlardan açdığı atəş nəticəsində öldürülüb. Bildirilir ki, rusiyalı hərbi müşavirlərin rəhbəri general-leytenant Asapov Suriya ordusunun idarə məntəqəsində olub. O, Deyr əz-Zorun azad edilməsi əməliyyatının idarəsində suriyalı komandirlərə yardım edirmiş. Asapov mina partlamasından ölümcül yaralanıb.
V.Asapov komandanlıq tərəfindən ölümündən sonra ali dövlət mükafatına təqdim olunub.