Türkiyə Rusiyadan S-600 zenit-raket kompleksi ala bilər - Ərdoğan
Tarix: 21-09-2017, 10:03 |
Çap et
Zərurət yaranacağı halda, Türkiyə Rusiyadan S-600 zenit-raket kompleksi (ZRK) ala bilər.
Trend-in məlumatına görə, bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı qeyd edib ki, Türkiyənin özünümüdafiə hüququ var və heç bir ölkənin ona göstəriş verməyə haqqı yoxdur.
O qeyd edib ki, Rusiya ZRK-larının alınması məsələsi Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı müzakirə olunacaq.