FaktXəbər-in verdiyi məlumata görə, ABŞ-ın kosmos araşdırmaları ilə məşğul olan "SpaceX" şirkətinə məxsus "Falcon 9" adlı raketinin uğursuz sınağının görüntüləri yayılıb. Uğursuz sınağın 28 iyun 2015-ci ildə reallaşdığı və uçuşdan bir neçə dəqiqə sonra partlayış baş verdiyi deyilir.
"The Wall Street Journal" yazır ki, şirkətin uğursuz raket sınağı ona 260 milyon dollara başa gəlib.
Şirkətin təsisçisi Elon Musk da Twitter hesabından "Falcon 9"un uğursuz sınağı ilə bağlı video paylaşıb.