Rusiyada dünya çempionunu döyərək öldürən azərbaycanlı beynəlxalq axtarışa verilib
Tarix: 14-09-2017, 08:12 |
Çap et
Rusiyada pauerlifting üzrə dünya çempionu Andrey Draçyovu döyərək öldürən azərbaycanlı beynəlxalq axtarışa verilib.
APA-nın Rusiya İstintaq Komitəsinin Xabarovsk vilayəti üzrə istintaq idarəsinin saytına istinadən verdiyi məlumata görə, Anar Allahverənov barəsində həmçinin qiyabi həbs qərarı verilib.
Avqustun 22-də federal axtarışa verilən Xabarovsk diyar sakini A.Allahverənovu hələ ki, yaxalamaq mümkün olmayıb.
Xatırladaq ki, avqustun 20-də qarışıq döyüş növləri ilə (MMA) məşğul olan Anar Allahverənov və pauerlifting üzrə dünya çempionu Andrey Draçyov arasında Xabarovskun "Qalereya" kafesində baş verən mübahisə dava ilə nəticələnib. Ağır kəllə-beyin travması alan A.Draçyov xəstəxanada keçinib, A.Allahverənov isə hadisə yerindən qaçıb.