Türkdilli dövlətlərin vahid universiteti yaradılsın - Ərdoğandan TƏKLİF
Tarix: 12-09-2017, 08:48 |
Çap et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfərindən sonra türkdilli dövlətlərin vahid universitetinin yaradılması təklifini irəli sürüb.
Trend-in məlumatına görə, Türkiyə lideri belə bir vahid universitetin yaradılmasının türkdilli ölkələrin marağına cavab verdiyini qeyd edib.
R.T.Ərdoğan deyib: "Bütün türkdilli ölklər, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyə daxil olmaqla yeni universitetin təsisçiləri ola bilərlər".
Qeyd edək ki, Türkiyə prezidenti sentyabrın 8-10-da Qazaxıstanda səfərdə olub.