ABŞ nüvə sazişindən çıxmadan da deyə bilər ki…
Tarix: 6-09-2017, 08:55 |
Çap et
Birləşmiş Ştatlar İranın 2015-ci il nüvə sazişini pozduğunu aşkarlaya bilər, bu, heç də Vaşinqtonun razılaşmadan çıxması anlamına gəlmir. Bunu ABŞ-ın BMT-dəki səfiri sentyabrın 5-də deyib.
ABŞ qanunvericiliyinə görə, Dövlət Departamenti hər 90 gündən bir Konqresə İranın nüvə sazişinə necə əməl etməsi barədə məlumat verməlidir. Nüvə sazişi beynəlxalq sanksiyaların qaldırılması əvəzində İranın nüvə fəaliyyətini məhdudlaşdırmasını nəzərdə tutur.
Növbəti məlumat vaxtı oktyabrdadır. ABŞ prezidenti Donald Trump deyib ki, o vaxtadək ölkəsinin İranın sənədə əməl etmədiyini üzə çıxaracağını düşünür.
«Prezident İranın sənədə əməl etmədiyini bildirməyi seçərsə, bu, heç də Birləşmiş Ştatların razılaşmadan çıxması demək deyil», – Nikki Haley Vaşinqtondakı «American Enterprise Institute» beyin mərkəzinə bildirib.
«Birləşmiş Ştatların təhlükəsizliyini qoruduğu müddətdə biz razılaşmada qalacağıq», – Haley sözlərinə əlavə edib. O, Trump-ın gələn ay nə deyəcəyini də bilmədiyini vurğulayıb.