Axar.az xəbər verir ki, bu barədə “Regnum” agentliyi məlumat yayıb. İddiaya görə, Ukrayna Donetsk cəbhəsinin cənubundakı aerodromlarda hazırlıqlara başlayıb. Belə ki, mayın 3-də Melitopolya aerodromuna bir neçə Su-25 təyyarəsi endirilib. Həmin qırıcıların sözügedən ərazidən və aeroportdan istifadə imkanlarını yoxlamaq üçün uçuşlar keçirdiyi vurğulanıb. Bildirilir ki, bu yoxlama Ukrayna HHQ-nin burda böyük bazasının yaradılması üçün həyata keçirilir.
Hərbi təyyarələrin təxminən iki saatdan sonra Melitopolyaya yenidən endiyi və burda yerləşdiyi bildirilib.