Ərdoğanı yalnız o "dişi qurd" dayandıra bilər - Foreign Policy
Tarix: 25-04-2017, 08:34 |
Çap et
İngiltərənin Foreign Policy nəşrində Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) keçmiş üzvü Meral Akşənərlə bağlı inanılmaz məqalə yayımlanıb.
Axar.az xəbər verir ki, Lila Jakinto tərəfindən qələmə alınan yazıda Prezident Rəcəb Tayyib Ərdoğanı dayandıra biləcək şəxsin məhz sözügedən xanım siyasətçi olduğu bildirilib.
Məqalə “Ərdoğanın hərəminə girməyi rədd edən “dişi qurd” onu məğlub edə bilərmi?” başlığı ilə nəşr edilib.
Qeyd edək ki, bir neçə gün öncə “Hüriyyət” qəzeti tərəfindən yayılan məlumatda Akşənərin yeni siyasi partiya quracağı bildirilmişdi.