Kəşfiyyat komitəsi Rusiyayla bağlı təhqiqatı bərpa edir
Tarix: 22-04-2017, 11:30 |
Çap et
ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi Rusiyanın ötən il ABŞ-dakı prezident seçkisinə iddia olunan müdaxiləsiylə bağlı təhqiqatı bərpa edəcək. Təhqiqat komitə sədri Devin Nunes-in işdən uzaqlaşdırılmasından sonra dayanmışdı.
Komitə aprelin 21-də elan edib ki, Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru James Comey və Milli Təhlükəsizik Agentliyinin rəhbəri Mike Rogers-i aprelin 25-də qapalı dinləməyə çağırıb.
Komitənin həmçinin Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) direktoru John Brennan, keçmiş Milli Kəşfiyyat Direktoru James Clapper, keçmiş baş prokuror müavini Sally Yates-i mayın əvvəlində açıq iclaslara cəlb etmək planları var.
Nunes aprelin 6-da təhqiqatdan kənarlaşıb. Səbəb ona, Ağ evdən bəzi məlumatları düzgün əldə etməməsiylə bağlı irəli sürülən ittihamlardır. Nunes-i həmçinin demokratlar tənqid ediblər ki, prezident Donald Trump-ın keçid komandasına rol oynayıb.
Rusiya ABŞ seçkilərinə hər hansı müdaxilə etmədiyini bildirir. Amma ABŞ kəşfiyyat rəsmiləri yanvarda bildiriblər ki, Rusiya prezidenti Vladimir Putin-in, demokratların namizədi Hillary Clinton-un zərərinə seçki kampaniyasına müdaxiləylə bağlı göstəriş verdiyinə inanırlar.