ATƏT-in Türkiyəyə göndərdiyi müşahidəçilər terror təşkilatının nümayəndələri idi – Ərdoğan
Tarix: 20-04-2017, 10:43 |
Çap et
"ATƏT-in Türkiyəyə göndərdiyi müşahidəçilər terror təşkilatının nümayəndələri idi".
SalamNews-un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Əl-Cəzirə”yə müsahibəsində deyib.
16 apreldə keçirilmiş referendumun nəticələrindən danışan Ərdoğan ATƏT-in müşahidə üçün göndərdiyi təmsilçilərin PKK bayrağı ilə çəkdirilmiş fotoşəkilini göstərib: “PKK bayrağını əlində tutan adam necə bitərəf ola bilər?! ATƏT ümumxalq səsverməsini izləmək üçün bitərəf müşahidəçilər yerinə, terror təşkilatı nümayəndələrini göndərib. Bu adam terrorçu olaraq burada hesabat hazırlayır. Bunun yazdığı hesabat necə bitərəf ola bilər?!”