Serbiyada baş nazir 'təmiz' qələbədən danışır
Tarix: 3-04-2017, 08:28 |
Çap et
Serbiyanın prezident seçkisində baş nazir Aleksandar Vucic təmiz qələbə çaldığını elan edib. Bu qələbənin Rusiyanın Balkan ölkəsindəki nüfuzunu artıracağı güman olunur.
Ekzit-pol nəticələri Vucic-in səslərin 55%-ni qazandığını göstərib. Bundan sonra «Proqressiv» Partiyasının tərəfdarları qarşısında çıxış edən Vucic deyib: «Qələbəm gün kimi aydındır. Bu, bizdən ötrü çox vacib gündür, Serbiyanın gedəcəyi yolu göstərir».
Vucic Serbiyanı Avropa Birliyinə doğru aparacağına and içsə də, çoxdankı tərəfdaşı Rusiyayla da əlaqələrin sıxlaşdırılması tərəfdarıdır.
Rəsmi nəticələrin aprelin 3-də açıqlanacağı gözlənir. Aprelin 16-da daha bir turun keçirilməməsindən ötrü Vucic səslərin 50 faizindən çoxunu toplamalıdır.
Keçmiş ombudsman Sasa Jankovic 15 faizlə ikinci yerdə gəlib. «Ipsos» təşkilatı bu ekzit-polu səslərin 40 faizinə əsasən hazırladığını bildirib.