Tillerson Rusiyaya təzyiqə çağıracaq
Tarix: 29-03-2017, 09:11 |
Çap et
ABŞ dövlət katibi Rex Tillerson NATO xarici işlər nazirlərinin gözlənən görüşündə alyansı Rusiyaya təzyiq göstərməyə çağıracaq. Səbəb Rusiyanın «qonşularına qarşı təcavüzü»dür. Tillerson NATO-nu həmçinin, Ukraynada müharibəni bitirməkdən ötrü öhdəliklərini yerinə yetirməyə səsləyəcək. Bunu martın 28-də jurnalistlərə Dövlət Departamentinin adının çəkilməsini istəməyən yüksəkrütbəli rəsmisi deyib.
Tillerson martın 31-də keçiriləcək toplantıya qatılacaq. O, daha öncə aprelin 5-6-na planlaşdırılan görüşdə iştirak etməyəcəkdi. Sonra toplantı martın 31-nə keçirildi. Məqsəd Tillerson-un alyansın 27 digər üzv ölkəsindən həmkarlarıyla görüşünə şərait yaratmaqdır.