ABŞ Şimali Koreyaya hərbi müdaxilə edə bilər
Tarix: 2-03-2017, 08:13 |
Çap et
ABŞ-ın Prezident Administrasiyası Şimali Koreya ilə gələcək qarşılıqlı fəaliyyət strategiyası hazırlayır və burada hərbi müdaxilə də istisna olunmur.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" jurnalı yazıb.
Nəşr qeyd edir ki, strategiyanın müzakirəsi zamanı Koreya Xalq Demokratik Respublikasına zərbə endirilməklə yanaşı, orada rejimin dəyişdirilməsi imkanları da nəzərdən keçirilib.
Ötən gün məlum olub ki, Donald Tramp KXDR-ni ABŞ üçün başlıca təhlükə hesab edir.