Terrorçulara 4 il işsizlik maaşı verən Avropa ölkəsi varmış
Tarix: 23-02-2017, 09:32 |
Çap et
FaktXəbər-in verdiyi məlumata görə, Danimarka hökuməti İŞİD terror təşkilatının cərgələrinə qoşulan vətəndaşlarına 4 ildir işsizlik maaşı verib və müxtəlif təqaüdlər ayırıb. Bu məlumatı ölkənin sosial müdafiə naziri Land Poulsen təsdiqləyib. O, bildirib ki, Danimarka vətəndaşları olan yaraqlılar gizli şəkildə Suriya və İraqda gedən qarşıdurmalarda iştirak etdiyi üçün hökumətin bu şəxslərin terror fəaliyyətindən xəbər olmayıb.
Rəsmi rəqəmlərə görə, 2012-ci ildən bu yana "İŞİD" terror təşkilatının sıralarına 145 Danimarka vətəndaşı qoşulub və onlardan 29-u 4 ildən çox müddətdə hökümətdən sosial yardım və təqaüd alıb. Terror təşkilatına qoşulan danimarkalıların işsizlik maaşları isə 85 min avro olub.