FaktXəbər-in verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyi İŞİD terror qruplaşmasının Palmirada tarixi abidələri uçurması ilə bağlı yeni görüntülər yayıb. Görüntülərdə Palmira şəhərində qədim Roma teatrı və Tetrapylon abidəsinin uçurulmuş hissələri öz əksini tapıb.
Bundan əlavə terrorçularının yük maşını ilə şəhərə partlayıcılar gətirməsi və bununla da bütün abidələri havaya uçurmaq istəkləri görünür.
Qeyd edək ki, Palmira Suriyanın paytaxtı Dəməşq şəhərindən 215 km şimal-şərqdə, iyirmi növdən çox palmanın yetişdiyi bağlarla əhatə olunmuş oazisdə yerləşir. Şəhərin tarixi eramızdan əvvəl ikinci minilliyə qədər gedib çıxır.