Suriyaya dair görüşün tarixi dəyişdirilib
Tarix: 1-02-2017, 09:06 |
Çap et
Suriyada vəziyyətin tənzimlənməsinə dair İsveçrənin Cenevrə şəhərində fevralın 8-də keçirilməsi nəzərdə tutulan görüş təxirə salınıb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu BMT baş katibinin xüsusi elçisi Staffan de Mistura bildirib.
Onun sözlərinə görə, görüş fevralın 20-də keçiriləcək.
Görüşün təxirə salınmasının səbəbləri açıqlanmayıb.
Xatırladaq ki, yanvarn 23-24-də Qazaxıstanın paytaxtı Astana şəhərində Suriyadakı Bəşşar Əsəd hökuməti, müxalifət, Türkiyə, Rusiya, İran nümayəndələri, BMT baş katibinin xüsusi elçisi Staffan de Mistura, ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krolun iştirakı ilə Suriya üzrə danışıqlar keçirilib.