Sevastopolu Rusiyaya verməliyik – Ukraynalı general
Tarix: 31-01-2017, 08:59 |
Çap et
Kiyev Sevastopol qarşılığında Krımı geri qaytara bilər.
Axar.az xəbər verir ki, bunu “Apostrof” portalına müsahibəsində Ukrayna Baş Qərargahının keçmiş rəisi general-leytenant Yuri Dumanski söyləyib.
“Biz Krımı geri qaytarmaq üçün Qara dəniz donanmasının yerləşdiyi əsas şəhər olan Sevastopolu Rusiyaya verə bilərik. Bu, keçid dövrü üçün lazımdır”, – deyə o bildirib.
Qeyd edək ki, ukraynalı deputat Nadejda Savçenko bir müddət öncə buna bənzər bəyanatla çıxış edib. O, Donbası geri qaytarmaq üçün Kiyevin Krımdan əl çəkməsi gərəkdiyini bildirib.
Krım 2014-cü ilin martında Rusiya tərəfindən anneksiya olunub.