Cənubi Koreya parlamenti Pan Gi Munun namizədliyinə razılıq verdi
Tarix: 30-01-2017, 08:35 |
Çap et
Cənubi Koreya parlamentin ekspert qrupu belə qənaətə gəlib ki, BMT-nin sabiq baş katibi Pan Gi Mun prezident ola bilər.
Tren-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, parlament üzvləri ümumdünya təşkilatının Baş Assambleyasının bunu etməmək tövsiyə edən qətnaməni tədqiq edərək bəyanat yayıb.
Bəyanata görə, həmin qətnamə BMT-nin sabiq baş katiblərinə dövlət başçısı olmağa qadağa qoymur.
Qeyd edək ki, Pan Gi Mun 2017 yanvarında BMT-nin baş katibi vəzifəsində 10 il çalışdıqdan sonra Nyu Yorkdan qayıdıb.