Kosovo və Serbiya liderləri razılığa gəliblər
Tarix: 25-01-2017, 08:56 |
Çap et
Kosovo və Serbiya liderləri münasibətləri normallaşdırmaqdan ötrü danışıqları davam etdirmək qərarına gəliblər.
Dünən-yanvarın 24-də Brüsseldə liderlərin görüşü olub. Serbiyanın baş naziri Aleksandar Vucic aradakı gərginliyin aradan qaldırılmasına çalışacaqlarını, bundan ötrü yüksəkçinli rəsmilər arasında görüşlərin təşkil ediləcəyini söyləyib:
«Biz məsuliyyətlə, təmkinlə hərəkət etməyə çalışacağıq… Mən nazirlərə bu barədə şəxsən göstəriş verəcəyəm. Sözümüzün üstündə dura biləcəyimizə inanıram»,-deyə A.Vucic vurğulayıb.
Serbiya və Kosovo liderləri arasında birbaşa görüşü Avropa Birliyi (AB) təşkil edib. Hər iki ölkə bu quruma qatılmağa çalışır. AB-nin xarici məsələlər üzrə sədri Federica Mogherini deyib ki, Serbiya ilə Kosovonun münasibətlərinin normallaşması onların quruma doğru addımı hesab edilir.
2008-ci ilə-- müstəqilliyini elan edənə qədər Kosovo Serbiyanın bir hissəsi sayılırdı.