Suriya danışıqları başlayır
Tarix: 23-01-2017, 07:56 |
Çap et
Astanada Suriya danışıqları başlanır. İlk dəfə olaraq Suriya hakimiyyəti ilə müxalifət qüvvələri üz-üzə gəlməlidirlər. Elə buna görə də danışıqların baş tutub-tutmayacağı ilə bağlı şübhələr qalmaqdadır.
Toplantının təşkilatçıları—Rusiya, Türkiyə və İran tərəfləri bir araya gətirməyə çalışırlar. Rusiyanın danışıqlardakı təmsilçisi Aleksandr Lavrentyev deyib ki, görüş zamanı müxalifətçilərlə rəsmilərin birbaşa, yoxsa vasitəçilərlə ünsiyyət yaradacağı bəlli deyil. Rəsmilər toplantıya hazırlıq prosesinin də çətinliklə keçdiyini deyirlər.
Suriya danışıqları yanvarın 23-24-ü keçirilməlidir. Məqsəd hökumətlə qiyamçılar arasında uzunmüddətli sülhə nail olmaqdır. Suriyada 6 ildən çoxdur davam edən vətəndaş müharibəsi 400 minə yaxın adamın ölümünə səbəb olub.