İran ABŞ-ın Suriya danışıqlarına qatılmasını istəmir
Tarix: 19-01-2017, 08:37 |
Çap et
İran Birləşmiş Ştatların Suriya danışıqlarına qatılmasının əleyhinədir.
İranın xarici işlər naziri Mohammad Javad Zarif deyib ki, onlar ABŞ-ı bu görüşə dəvət etməyiblər, çünki prosesin indiki mərhələsində ABŞ-ın iştirakını istəmirlər: «Tərəflərin genişlənməsi uğursuzluq təhlükəsini artıra bilər».
Suriyada sülh danışıqlarının əsas tərəfləri hazırda Rusiya, Türkiyə və İrandır. Bu günlərdə Türkiyəylə Rusiya Birləşmiş Ştatların yeni administrasiyasının da prosesə qoşula biləcəyini elan edib. Danışıqlar gələn həftə Qazaxıstanın paytaxtı Astanada keçirilməlidir.